Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
49815
az

Neftçalada şəhid muzeyinin açılışı olub

20:5902 Mart, 2021
1204
CƏMİYYƏT
  • A

Dünən Neftçala rayon Kürqarabucaq kəndində şəhidimiz gizirimiz Ağasadığ Aslanovun ev muzeyinin açılışı olub. Şəhidin doğum gününə, 30 yaşının tamamına təsadüf edən açılışda millət vəkili Sabir Rüstəmxanlı, rayon rəhbərliyi, şəhidin hərbçi yoldaşları və ictimaiyyət nümayəndələri iştirak edib.

Şəhidin atası Xəlil kişinin öz həyətində tikib ərsəyə gətirdiyi muzeydə Ağasadıq Aslanov və Kürqarabucaq kəndinin digər şəhidlərinə aid fotolar,məlumatlar yerləşdirilib. Açılışda rayon icra başçısı Mirhəsən Seyidov, millət vəkili Sabir Rüstəmxanlı və digər qonaqlar çıxış edərək şəhid Ağasadıq Aslanov və bütün Qarabağ şəhidləri haqda danışmış, onların xatirəsinin hər zaman uca tutulacağını bildrmişlər.

Çıxış edənlər şəhid Aslanov Ağasadıx Xəlil oğlunun eləcə də Neftçaladan vətən müharibəsi iştirakçılarının düşmənə qarşı göstərdikləri igidlik və qəhrəmanlıqlarından söhbət açıblae. Çıxışlarda şəhid atasının belə incə zövqlə oğlunun xatirəsinə yaratdığı muzey abidəsi həqiqətən çox tədqirəlayiq bir hadisə kimi dəyərləndirib . Belə muzeylərin Azərbaycanın hər bir bölgəsində yardılarsa bu gənclərdə vətənpərvərlik ruhunun yüksəldilməsi və onların vətəndaş kimi yetişməsinə böyük təsir göstərən əsas amil rolunu oynaya biləəyi vurğulanlb . Şəhidin atası iştirakçılara öz minnətdarlığını bildirdi.

Daha sonra şəhidin məzarı ziyarət edilib.

Məlumat üçün bildirək ki, Aslanov Ağasadıq Xəlil oğlu 01.03.1991-ci il tarixində Neftçala rayonu Kürqarabucaq kəndində anadan olmuşdur. Vətən müharibəsi zamanı xüsusi şücaətlər göstərmiş və qəhrəmancasına şəhid olmuşdur. 08.11.2020-ci il tarixində Kürqarabucaq kənd məzarlığında dəfn edilmişdir. Göstərdiyi igidliklərə görə “Azərbaycan Bayrağı” ordeninə və “Vətən uğrunda” , “Xocavəndin azad olunmasına görə” , “Şuşanın azad olunmasına görə” medallarına layiq görülmüşdür.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Yanğınla bağlı bu küçə bağlandı - DİQQƏT!
Bu çiçəklər gizli duyğulardan xəbər verir - Şəxsiyyət TESTİ
Azərbaycan və Bolqarıstan arasında ikitərəfli əlaqələr müzakirə edilib

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Penitensiar Xidmət və DİN birgə əməliyyat keçirdi