Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
49667
az

Həkim-terapevt: Gün ərzində 12-33 qram lifli qidanın qəbul edilməsi məsləhət görülür

22:5228 Fevral, 2021
2608
CƏMİYYƏT
  • A

Sağlamlıq əslində sağlam və qatqıların olmadığı qidalardan başlayır. Sağlam qidalanmanın əsasını təşkil edən komponentlərdən biri lifli qidalardır. Aparılan tədqiqatlara əsasən gün ərzində hər kəsə 12-33 qram arasında lifli qida qəbul etmək məsləhət görülür. Lifli məhsullarla qidalanma qan təzyiqini normaya salır, xolesterol səviyyəsini tənzimləyir, həmçinin mədə-bağırsaq sisteminin sağlamlığına müsbət təsir göstərir. Meyvə-tərəvəz və paxlalı bitkilərdə olan bəzi lif növləri orqanizmdə kalsium kimi əhəmiyyətli mineralların sorulmasına kömək edir.

Oxu24.com AZƏRTAC-a istinadən bildirir ki, həkim-terapevt Solmaz Musayeva deyib: "Lifli qidalar əsasən avokado, əncir və paxlalı bitkilərin tərkibində daha çox olur. Artıq çəkidən azad olmağa, hormonal sistemin tənzimlənməsinə kömək edir. Yaşından, cinsindən asılı olmayaraq hər kəsin lifli qidalar qəbul etməsi gün ərzində metabolizmi sürətləndirir. Lifli qidaların bir faydası da insanı tox tutmasıdır. Onun sayəsində həm də düzgün qaydada artıq kilolardan xilas olmaq mümkündür. Qəbul edilən hər 1000 kalori üçün 14 qram lif tövsiyə olunur. Bu, yetkin qadınlarda 25, kişilərdə isə 38 qram lif deməkdir. Həmin qidalar maddələr mübadiləsini sürətləndirir, eyni zamanda, ürək xəstəliklərinin inkişafının qarşısını alır".

Mütəxəssislər gündəlik qida rasionunda lifli qidalara yer ayırmağın vacibliyini qeyd edirlər. Hesab edilir ki, bu növ məhsullara üstünlük vermək daha sağlam həyat tərzi sürməyə səbəb olur.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Yadplanetlilər bizi eşitməyəcək - SƏBƏB
Ət yenə bahalaşacaq? - AÇIQLAMA / VİDEO
Soğanda gizli təhlükə: yeyərkən edilən bu səhv zəhərlənməyə səbəb olur

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Qardaşı