Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
49464
az

Xocalıda əsir düşən qadın: “Erməni mənim keçmişimi də, gələcəyimi də paramparça etdi” - VİDEO

18:3826 Fevral, 2021
2145
CƏMİYYƏT
  • A

Oxu24.com xəbər verir ki, Xocalı sakini Dürdanə Ağayeva 7 günlük əsirlik həyatında yaşadığı dəhşətləri ARB TV-yə danışıb:

"Qarabağ müharibəsi 1988-ci ilin fevral ayının 13-dən başladı. Elə 1992-ci ilin fevral ayında da Xocalı faciəsi ilə nəticələndi. Axşam saat 10 radələri idi. Evdə oturmuşduq. Top atdılar, evimizin şüşəbəndi silkələndi. Hamımız zirzəmiyə qaçdıq. Qonşumuz Məhəmməd dayı gəlib dedi ki, burada niyə qalmısız? Hava limanı alınıb. Çıxdıq Qarqar çayı tərəfə getdik. Kətik meşəsinə keçdik. Göydən sanki, qırmızı yağış yağırdı. Hər yerdən atırdılar. Hava işıqlanana qədər Qaraqayanı keçməli idik ki, erməni bizi görməsin. Erməni bilirdi ki, əhalinin bir yolu var. Ona görə də dinc əhalinin qarşısını kəsib heç kimi sağ saxlamırdılar. Meşədə qarşımızı ermənilər kəsdi. Atəşə tutdular. Hərəmiz bir tərəfə qaçdıq. Qardaşımla mən əsir düşdük. 2 km yolu avtomatın qundağı ilə vura-vura aparırdılar. Yolda elə təhqirlər edirdilər ki, yanımdakı qardaşımdan utanırdım. Apardıqları yerdə divarlar qan içərisində idi. Orada Məleykə ana vardı. Ayaqqabısının altından palçıq götürüb üzümə sürtdü. Saçımı dağıtdı. Öz şalından bir parça cırıb başıma bağladı. Məni kifirlətmək istədi, yaşlı qadına bənzəyim istədi. Hər dəfə qapı açılanda da başımı yerə basırdı. Heç bir qızın ləkələnməyini istəmirdi. Yanımızda 7 aylıq hamilə olan Səadət adlı qadın var idi. Onu gözümün qarşısında öldürdülər. Ermənilər tökülüşürdü üstümə. Hərəsi bir tərəfdən taxta ilə, təpik ilə vururdular. Əsirlikdə olduğum 7 gün ancaq ölüm arzulayırdım. Bir erməni döyüşçüsü gəlib ağzımı zorla açdı. Ayaqqabısını ağzıma salıb dedi ki, torpaq istəyirsiz, al sizə torpaq. Məni evimizin həyətinə aparıb orada da döydülər. Evimiz dağılmışdı. Pilləkənin yarısı qalmışdı. Gözlərimi yumdum o pilləkənlərdən ağ gəlinlikdə düşən bir qız gördüm. Özümü gördüm. Sanki anam məni gəlin köçürür. Karo adlı erməni məni zəncirlə döyürdü. Ağrı hiss etmirdim. O an öz xəyalımı yaşayırdım. Bir gün elə döymüşdülər ki, huşumu itirmişdim. Elə biliblər ölmüşəm. Bayıra atmışdılar. Ayıldım. Gözlərimi açmaq istədim, açılmadı. Kirpiklərim donub bir-birinə yapışmışdı. Sağ əlimi zorla qaldırıb ağzıma saldım. Barmağımla özümü ögüdüb ağız suyumla kipriklərimi islatdım. Gözlərimi açdım. Bütün bədənim donmuşdu. Şüşə və daş parçaları bütün bədənimə yapışmışdı. Özüm öz halıma ağladım. Orada qardaşımı gördüm. Onu görəndə ayaqlarına sarıldım. Ayaqqabılarını yaladım. Gəcliyim, cavanlığm orada getdi. Erməni mənim keçmişimi də, gələcəyimi də paramparça etdi".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Broyler toyuqlarının bu hissələrini yeməyin
Xolesterol səviyyəsini idarə etməyə kömək edəcək unikal içki
Quba və Xaçmaza dolu yağır - VİDEO

Qurbağa zəhəri gələcəyin antidepresantı ola bilər

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Bakıda kişi gecə saatlarında özünü asdı