Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
49373
az

Boston şəhər meri 26 fevral tarixini Xocalı soyqırımının anım günü elan edib

20:2525 Fevral, 2021
1181
CƏMİYYƏT
  • A

Bununla bağlı şəhər merinin imzaladığı bəyannamədə bildirilir ki, fevralın 26-da Amerika azərbaycanlıları, Azərbaycan xalqı, eləcə də Azərbaycanın dünyadakı dostları Human Rights Watch təşkilatının "1990-cı illərin ən böyük qırğını" adlandırdığı Xocalı soyqırımının 29-cu ilini qeyd edəcəklər.

Diasporla İş üzrə Dövlət Komitəsindən Milli.Az-a verilən məlumata görə, qeyd edilir ki, 25 və 26 fevral 1992-ci il tarixlərində, Ermənistan silahlı qüvvələri keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının dəstəyi ilə mühasirəyə alınan Xocalı şəhərini işğal edib, 83 uşaq və 70 qoca, 106 qadın da daxil olmaqla 613 mülki şəxs öldürülüb.

Səkkiz ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib, 76-sı uşaq olmaqla 487 nəfər yaralanıb,1275 mülki şəxs girov götürülüb, 150 nəfər itkin düşüb.

Xocalı soyqırımı müharibə dövründə verilə bilən dəhşətli ziyanın ağrılı bir xatırlatmasıdır və dünya xalqları arasında daha çox anlaşma, ünsiyyət və tolerantlığa ehtiyac olduğunu göstərir.

Bunları nəzərə alaraq ABŞ-ın Massaçusets ştatının paytaxtı Boston şəhər meri Martin J. Walsh 26 fevral 2021-ci ili Xocalı faciəsinin anım günü elan edib.
Bostonda bəyanat Nyu-England Azərbaycan Mərkəzinin rəhbəri Roza Şəhzadənin təşəbbüsü ilə qəbul edilib.

Qeyd edək ki, Xocalı soyqırımının 29-cu ildönümü ərəfəsində ABŞ-ın Minnesota ştatının qubernatoru, Florida ştatının Aventura və Holondeyl Biç şəhərlərinin merləri, Men ştatının Portlənd şəhərinin meri və İllinoys ştatının Skoki şəhərinin meri tərəfindən də oxşar bəyanatlar qəbul edilib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Kütləvi zəhərlənməyə səbəb olan sahibkarlardan biri DANIŞDI - VİDEO
İki qurum əhaliyə XƏBƏRDARLIQ ETDİ - FOTO
Mütəxəssislər xəbərdarlıq edir: Əl və ayaqların uyuşması şəkər xəstəliyinin əlaməti ola bilər

Bolqarıstanın birinci xanımı Bakıda dolma bükdü

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
İlanların çoxaldığı aydır - Diqqətli olun! +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Hansı yaşdan sonra prostat xərçəngindən yoxlanmaq lazımdır? - Kişilər mütləq oxusun
2 evdən 3400 manatlıq qızıl oğurlayan qadın saxlanıldı