Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
48546
az

“Redmi K40” smartfonunun əsas xüsusiyyəti açıqlanıb

20:4411 Fevral, 2021
2058
  • A

Yeni "Redmi" smartfonu rekord ön kamera ölçüsü ilə fərqlənəcək. Bu barədə "GizmoChina" nəşrinin "Weibo" sosial şəbəkəsinə istinadən məlumatında deyilir.

Oxu24.com ictnews.az-a istinadən bildirir ki, Çin şirkətinin rəhbəri Lu Veybin "Weibo" hesabında "Redmi" şirkətinin smartfon üçün ən kompakt ön kamera kəsiyinə malik ön panel icad etməsini bildirib. Onun sözlərinə görə, beləliklə, yeni "Redmi K40" smartfonu ekranın qurğu korpusu sahəsinə maksimum göstəricisinə yaxın ölçüyə malik olacaq. "Xiaomi" şirkətinin tərkibinə daxil olan "Redmi" top-menecerinin sözlərinə görə, rekord ölçülü ön kamera üçün perforasiya sayəsində istifadəçinin diqqəti ön panelin əsas elementlərindən daha az yayınacaq. L.Veybin qabaqcıl qurğulara rəqib olacaq yeni smartfonun digər xüsusiyyətləri barədə məlumat verməyərək onun yaxın gələcəkdə nümayiş olunacağını qeyd edib.

Jurnalistlər vurğulayıb ki, hazırda ön kamera üçün ən kiçik kəsiyə malik smartfon "Vivo S5" modelidir. Qurğunun kəsiyinin ölçüsü 2,98 millimetr təşkil edir.

Bir müddət əvvəl verilən məlumata görə, "Redmi K40" 2999 yuan dəyərində qiymətləndiriləcək. Blogerlərin bildirdiyinə görə, model fevralın 25-də satışa çıxarılacaq. Smartfonun 120 giqahers görüntü yeniləmə tezliyi dəstəkli ekran və aktual "Snapdragon 888" prosessoru ilə təchiz ediləcəyi gözlənilir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycan və Bolqarıstan arasında ikitərəfli əlaqələr müzakirə edilib
Naməlum şəxs bıçaqla yoldan keçənlərə hücum edib

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Penitensiar Xidmət və DİN birgə əməliyyat keçirdi