Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
48325
az

“Məmurlar elə güman etməsinlər ki, “dəmir yumruq” ancaq ermənilər üçündür” - Deputat

19:0007 Fevral, 2021
2014
CƏMİYYƏT
  • A

“Prezident İlham Əliyevin Azərbaycan Televiziyasına müsahibəsində bir qrup məmur haqqında dediyi iradlar Azərbaycan xalqı tərəfindən böyük razılıqla qarşılandı. Xalq 44 günlük müharibədə Ali Baş Komandanın düşmənə və onun havadarlarına qarşı göstərdiyi qətiyyəti necə hərarətlə müdafiə etmişdisə, öz rəhbəri ilə necə birlik və həmrəylik nümayiş etdirmişdisə, postmüharibə dövründə də cənab Prezidentdən məmurlara qarşı həmin sərt münasibəti gözləməkdə idi. Bu da təbii idi, müharibədə qazanılan möhtəşəm qələbə hər hansı məmurun marağına və ya məsuliyyətsizliyinə qurban verilə bilməzdi. Bunu nə qalib dövlətin qalib xalqı qəbul edərdi, nə də qalib xalqın qalib Prezidenti qəbul etdi”.

Bu fikirləri Milli Məclisin deputatı Əziz Ələkbərli son günlər dövlət büdcəsini talamaqda, vəzifə saxtakarlığında, rüşvət almaqda və başqa cinayətlərdə ittiham olunaraq həbs edilən keçmiş məmurlardan danışarkən deyib.

Ə.Ələkbərli bildirib ki, ölkə başçısının sonuncu mesajlarında söhbət təkcə Şuşada özü üçün iqamətgah tikmək istəyən nazirlərdən getmir: “Cənab Prezident onların dərsini verdi, dərsini alanlar aldı, almayanlar, yəqin ki, yaxınlarda imtahandan kəsiləcəklər”.

Ə.Ələkbərli təəssüflə vurğulayıb ki, bu gün hələ də ölkədə gedən islahatların, 44 günlük müharibənin yaratdığı yeni relallıqların mahiyyətini, dövlət idarəçiliyinə yeni yanaşma, yeni model gətirdiyini dərk etməyən, dərk edə bilməyən, hələ də öz köhnə fleytasında köhnə havasını çalmaqda davam edən, pandemiyanın yaratdığı məhdudiyyətləri bəhanə gətirib, vətəndaşları qəbul etməyən, onları dinləməyən, hətta şəhid ailələrinin, qazilərin, müharibə iştirakçılarının problemlərinə barmaqarası yanaşan, kabinetindəki yumşaq kreslosunda xumarlanmağa üstünlük verən məmurlar var.

“Halbuki, bu gün vəzifə kürsüsündə əyləşən məmur hər gün, hər saat özünə sual verməlidir: “Mən bu gün torpaqlarımızın işğaldan azad edilməsi üçün canından, qanından keçən şəhid ailələrinin, qazilərin, müharibə iştirakçılarının, onları yetirən bu xalqın hansı problemini həll edə bildim?”

Məmurlar cənab Prezidentin “Məmur xalqın xidmətçisidir!” cümləsini idarələrinin girişindən, kabinetlərində gözlərinin önündən asmalıdırlar və bilməlidirlər ki, Azərbaycan vətəndaşlarını yersiz qıcıqlandıran, onların dövlət aparatına etimadını azaldan heç bir hərəkət cavabsız, cəzasız qalmayacaq.

Məmurlar elə güman etməsinlər ki, "dəmir yumruq" ancaq ermənilər üçündür, bu "dəmir yumruq" hər an vətənimizə və vətəndaşımıza layiqincə xidmət etməyən, bununla da dövlətimizə və dövlətçiliyimizə xəyanət etmiş sayılan hər bir məmurun da başına enə bilər, enməlidir və enəcəkdir! Həmişə olduğu kimi, bu məsələdə də xalq öz Prezidentinin yanındadır, xalqın öz Prezidentinə inamı tamdır!".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İnsanlar və pişiklər arasındakı münasibətin tarixi: 12 min il...
Belçika Azərbaycan və Ermənistan arasında danışıqların yeni raundunu alqışladı
“Trendyol” Azərbaycan üçün qiymətləri KƏSKİN ARTIRDI

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
İrandan gətirilən 61 kq narkotiki satmaq istədilər