Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
48283
az

Diplomatik korpus nümayəndələri Zəngilanda ermənilər tərəfindən dağıdılan məscidi ziyarət ediblər - VİDEO

21:1206 Fevral, 2021
3106
CƏMİYYƏT
  • A

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Azərbaycan Birinci vitse-prezidentinin köməkçisi Elçin Əmirbəyov və digər rəsmi şəxslər ilə birlikdə işğaldan azad edilmiş Zəngilan şəhərində ermənilər tərəfindən dağıdılmış məscidlə tanış olublar.

Oxu24.com Trend-ə istinadən bildirir ki, H.Hacıyev məscidin tarixindən və bu torpaqların Ermənistan tərəfindən işğalı zamanı necə dağıldığından danışıb, ermənilərin donuz, at və digər ev heyvanlarını saxlamaq üçün dini obyektlərindən istifadə etdiklərini vurğulayıb.

Prezident köməkçisi qeyd edib ki, işğal müddətində ermənilər burada qanunsuz məskunlaşma keçirmək üçün əcnəbiləri Zəngilana gətirdilər ki, bu da hərbi cinayətlərdən biridir.

H.Hacıyev dağıdılmış ərazilərin bərpasına artıq başlanıldığını və burada bərpa prosesində ağıllı şəhərlər konsepsiyasının tətbiq ediləcəyini söylədi. Prezident köməkçisi əlavə edib ki, Azərbaycan üçün xoş olar ki, xarici tərəfdaşları bu prosesdə iştirak etsinlər.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Hıçqırıqdan necə qurtulmaq olar? - 6 sadə üsul
ƏDV qəbzləri ölüm saçır: mütəxəssisdən XƏBƏRDARLIQ - VİDEO
Ümummilli lider Heydər Əliyevin doğum günüdür

Nəhəng günəş ləkəsi Yerdən adi gözlə görünməyə başladı

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Şagird müəllimənin başına zibil torbası keçirdi
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Qobustanda narkotikə görə 2 nəfər saxlanılıb