Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
48216
az

İlham Əliyev TƏSDİQLƏDİ: QANUN DƏYİŞDİ, BUNDAN SONRA...

17:1405 Fevral, 2021
1143
CƏMİYYƏT
  • A

Prezident İlham Əliyev "Təhsil haqqında” qanuna dəyişiklikləri təsdiqləyib.

Oxu24.com xəbər verir ki, dəyişikliklə təhsil müəssisəsində təhsilin hər hansı pilləsini və səviyyəsini (doktorantura istisna olmaqla) bitirən şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada "Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə elektron sənəd formasında yaradılan müvafiq təhsil haqqında dövlət sənədi veriləcək.

Bundan əlavə, müxtəlif səbəblərdən təhsilin hər hansı pilləsini və səviyyəsini başa vurmayan şəxslərə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada "Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə elektron sənəd formasında yaradılan müvafiq təhsil haqqında arayış veriləcək.

Xatırladaq ki, "Təhsil haqqında” qanunda edilən dəyişiklik terminlərin (təhsil haqqında dövlət sənədi) dəqiqləşdirilməsi, habelə təhsil haqqında dövlət sənədlərinin verilməsi sahəsində elektron informasiya sistemlərinin tətbiqini nəzərdə tutur. Bu məqsədlə təhsil haqqında dövlət sənədlərinin "Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi” üzərindən formalaşdırılacaq.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bakı metrosunda sərnişin öldü
Şəhid atası möcüzə kimi hadisə danışdı - oğlunu yuxuda... - VİDEO
Üzünüzə küncüt çəkin və effektini görün

Morju narahat edən turist cərimələndi

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Tramvay yandı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Bakıda qadın ailədaxili mübahisələrdən bezib özünü öldürdü