Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
47061
az

Tüfeyli həyat tərzi keçirən şəxslərlə bağlı TAPŞIRIQ

20:1821 Yanvar, 2021
1394
CƏMİYYƏT
  • A

Bu gün Bakı şəhər prokurorluğu orqanları tərəfindən 2020-ci il ərzində cinayətkarlığa və hüquq pozuntularına qarşı mübarizə, qanunçuluğun möhkəmləndirilməsi, vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi sahəsində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş videokonfrans formatında əməliyyat müşavirəsi keçirilib.

Oxu24.com-un məlumatına görə, müşavirə başlamazdan öncə Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş Azərbaycanın mərd oğullarına Allahdan rəhmət, qazilərimizə şəfa dilənib.

Müşavirəni giriş sözü ilə açan Bakı şəhər prokuroru, III dərəcəli dövlət ədliyyə müşaviri İlqar Abbasov bildirib ki, 2020-ci il ölkəmiz üçün çox əlamətdar hadisələrlə yadda qalıb. Ötən ili digər dünya dövlətlərindən fərqli olaraq ölkəmiz üçün əlamətdar edən əsas hadisə, işğal altında olan əzəli torpaqlarımızın Azərbaycan Respublikası Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin siyasi iradəsi və rəhbərliyi ilə, rəşadətli, mübariz ordumuzun əzmi, xalqımızın birliyi nəticəsində düşmən işğalından azad edilməsi olub.

Əməliyyat müşavirəsində prokurorluq orqanlarında ziyanın ödənilməsi vəziyyəti qənaətbəxş hesab olunsa da, ibtidai araşdırma zamanı dəymiş ziyanın ödənilməsi göstəricisinin artırılması üçün zəruri tədbirlərin vaxtında görülməsi, cinayət yolu ilə əldə edilmiş əmlakın axtarılıb tapılması üçün intensiv istintaq-əməliyyat tədbirlərinin həyata keçirilməsi tapşırılıb.

Bununla yanaşı digər narahat edən məsələlərdən biri kimi paytaxtın rayonları üzrə tüfeyli həyat tərzi keçirən şəxslərin müvafiq qeydiyyata alınması üçün yerli daxili işlər orqanları ilə birgə müvafiq profilaktik tədbirlərin görülməsindən ötrü rayon prokurorlarına göstərişlər verilib.

Müşavirədə hesabat dövründə əldə edilmiş müsbət nəticələrlə yanaşı nöqsanlar da diqqətə çatdırılıb. Bununla yanaşı, qəsdən adam öldürmə, quldurluq və yol nəqliyyat hadisələrindən bağlı qalan cinayət faktlarının, eləcə də bağlı oğurluq hadisələrinin tezliklə açılması və təqsirkar şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi, habelə axtarışda olan, xəbərsiz itkin düşmüş şəxslərin tapılması istiqamətində intensiv istintaq və əməliyyat-axtarış tədbirlərinin aparılmasının, istintaq işi və ibtidai araşdırmaya prosessual rəhbərliyin həyata keçirilməsi zamanı yol verilmiş nöqsanların aradan qaldırılmasının zəruriliyi vurğulanıb. Eyni zamanda, istintaq və təhqiqat fəaliyyətində aşkar edilmiş nöqsanlar, qanun pozuntuları, süründürməçilik halları ətraflı təhlil edilməklə gələcəkdə təkrarlanmaması ilə bağlı konkret tapşırıqlar verilib.

Əməliyyat müşavirəsində Bakı şəhərinin tabe rayon prokurorları çıxış edərək mövzu ətrafında çıxışlar edib, nöqsanların aradan qaldırılması üçün zəruri tədbirlərin görüləcəyi bildirilib.

Əməliyyat müşavirəsinə yekun vuran İlqar Abbasov şəhər prokurorluğunun kollektivinin bundan sonra da digər hüquq mühafizə orqanları ilə əlaqəli şəkildə dövlətçiliyimizin maraqlarının, ölkəmizdə bərqərar olmuş dayanıqlı ictimai-siyasi sabitlik və əmin-amanlığın qorunmasını, cinayətkarlığın bütün təzahürlərinə və hər cür qanunsuzluqlara qarşı mübarizənin gücləndirilməsini, insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı müdafiəsi üçün səlahiyyət hədləri daxilində zəruri tədbirlərin görülməsini təmin edəcəklərinə əminliyini ifadə edib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Əmlakına çıxarış ala bilməyənlər üçün yeniliklər olacaq - VİDEO
40 yaşından sonra uşaq sahibi olacaq 3 bürc