Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
46990
az

Viran qalmış yurd yerləri - Füzuli rayonunun Qarğabazar və Qoçəhmədli kəndlərindən görüntülər - VİDEO - FOTO

22:3320 Yanvar, 2021
2362
CƏMİYYƏT
  • A
İşğaldan azad edilmiş ərazilərimizi gəzdikcə hər yerdə eyni mənzərənin şahidi oluruq - yandırılmış, dağıdılmış, viran qalmış yurd yerləri. Ermənilər 27 ildən artıq dövrdə işğal altındakı şəhər və kəndlərimizdə yaşayış evlərini, sosial obyektləri, infrastrukturu, sənaye və kənd təsərrüfatı müəssisələrini, bir sözlə hər şeyi məhv ediblər. Xalqımıza məxsus tarix və mədəniyyət abidələri, qəbiristanlıqlar da erməni vandalizminə məruz qalıb. Bu isə onu deməyə əsas verir ki, ermənilər dədə-baba torpaqlarımızdan həm tarixi keçmişimizi, həm də mənəvi yaddaşımızı silmək istəyiblər.
 
Milli.Az bildirir ki, AZƏRTAC-ın bölgə müxbiri Füzuli rayonunun Qarğabazar və Qoçəhmədli kəndlərinə səfər edərək, erməni vandalizmini lentə alıb. Qarabağ silsiləsinin ətəklərində yerləşən bu kəndlərdə vaxtilə taxılçılıq, üzümçülük və heyvandarlıq inkişaf etmişdi. Rayonun ən gözəl və abad yaşayış məntəqələrindən olan bu kəndlərdə orta məktəb, klub, kitabxana, xəstəxana, rabitə şöbəsi var idi. Erməni vandalları 27 il ərzində kəndləri talayıb, yer üzündən siliblər. Bütün evlər, sosial obyektlər dağıdılıb, təsərrüfatlar məhv edilib.
 
Ermənilər Qarğabazar kəndindəki XVII əsrə aid Hacı Qiyasəddin məscidindən və karvansaradan, eləcə də Qoçəhmədli kəndindəki XVIII əsrə aid məsciddən mal-qara tövləsi kimi istifadə etməklə azərbaycanlılara, müsəlman aləminə qarşı öz nifrətlərini nümayiş etdiriblər. Məscidlərdən mal-qaranın, o cümlədən donuzların saxlanıldığı yer kimi istifadə olunması erməni vandalizminin bariz nümunəsidir və bu fakt təkcə Azərbaycanın deyil, ümumilikdə dünyanın mədəni irsinə barbar münasibət kimi beynəlxalq ictimaiyyət tərəfindən kəskin qınanmalıdır.
 
Füzuli rayonunun Qarğabazar və Qoçəhmədli kəndlərinin ürək ağrıdan görüntülərini təqdim edirik.
Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bu çiçəklər gizli duyğulardan xəbər verir - Şəxsiyyət TESTİ
Azərbaycan və Bolqarıstan arasında ikitərəfli əlaqələr müzakirə edilib
Naməlum şəxs bıçaqla yoldan keçənlərə hücum edib

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Penitensiar Xidmət və DİN birgə əməliyyat keçirdi