Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
45955
az

“WhatsApp” istifadəçilərini həyəcanlandıran xəbər: Bu il 6 yeni funksiya gələcək

19:1406 Yanvar, 2021
728
CƏMİYYƏT
  • A

Dünyanın ən məşhur mesajlaşma proqramı olan "WhatsApp”a yeni funksiyalar gələcək.

Oxu24.com xəbər verir ki, "WhatsApp” bu il altı yeni funksiyasını ilə istifadəçilərinin ixtiyarına verəcək.

Onlardan bəziləri artıq sınaq mərhələsindədir.

2021-ci ildə istifadəyə verilə biləcək 6 "WhatsApp” xüsusiyyəti bunlardır:

Çoxlu cihaz dəstəyi

Keçən ilin noyabr ayında beta versiyasında görülən bu xüsusiyyət aktivləşdirildikdə "WhatsApp” istifadəçiləri platformaya eyni anda birdən çox cihazdan daxil ola biləcəklər. Hazırda yalnız masaüstü və mobil cihaz vasitəsilə giriş imkanı verən "WhatsApp” üç və ya daha çox cihazdan açıla biləcək.

"WhatsApp Web” masa üstü tətbiqi ilə zəng etmək

 

"Windows” və "macOS” masaüstü tətbiqləri ilə səsli zənglər etmək olacaq.


Videoların səssizləşdirilməsi

"WhatsApp” kiməsə göndərilən və ya status yenilənməsi olaraq yüklənən videoların səssizə alınması seçimi yoxdur. Lakin yaxın zamanlarda istifadəçilər videonu səssizləşdirmək imkanına sahib olacaqlar.

"Sonra oxu” seçimi

Bu "WhatsApp”da mövcud olan "Arxivlənmiş söhbətlər” funksiyasının inkişaf etmiş versiyası olacaq.

Sığorta

Platformanın bu xüsusiyyəti Hindistanvətəndaşları üçün nəzərdə tutulub. Onlar sağlamlıq sığortası və pensiya proqramlarını "WhatsApp” vasitəsi ilə əldə edə biləcəklər.

Buraxılmış qrup zənglərində iştirak

Bu yeniləmə ilə istifadəçilər həmin an qoşula bilmədikləri qrup zənglərinəsonradan daxil ola biləcəklər. Artıq iştirakçı əlavə etmək üçün qrup söhbətini yenidən başlatmağa ehtiyac olmayacaq.


 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bu şəxslər hər gün yumurta yeməlidir
İlk görüşdən sonra əlaqəni necə davam etdirmək olar?
Yayda döymə etdirməyin! - Mütəxəssisdən XƏBƏRDARLIQ

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Vardanyanın həbs müddəti uzadıldı