Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
44991
az

190 manat bu tarixdən veriləcək - RƏSMİ AÇIQLAMA

10:2624 Dekabr, 2020
1478
CƏMİYYƏT
  • A

Nazirlər Kabineti Azərbaycan Respublikasının ərazisində koronavirus (COVID-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar 190 manat məbləğində birdəfəlik ödəmənin verilməsi haqqında qərar qəbul edib.

Oxu24.com xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Maliyyə Nazirliyi qərardan irəli gələn məsələləri həll edəcəklər.

190 manat birdəfəlik maddi yardımın hansı zamandan ödənilməyə başlayacağı böyük maraqla qarşılanır. BAKU.WS bu məqsədlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti ilə əlaqə saxlayıb.

Qurumun mətbuat katibi Əsmər Nəcməddinqızı bildirib ki, artıq işlərə başlanılıb, hazırda qeydiyyatdan keçən şəxslərin yoxlanılması aparılır:

"Yoxlamalar sona çatdıqdan sonra siyahı tam tərtib olunacaq. Daha sonra siyahı banklara göndəriləcək ki, vətəndaşların kart hesablarına həmin vəsaitlər yüklənsin. Bu prosesin ən qısa zamanda yekunlaşdırılması planlaşdırılır".

Qeyd edək ki, nazirlik rəsmisi bundan əvvəlki açıqlamasında 190 manatların verilməsi ilə bağlı Nazirlər Kabinetinin qərarından sonra 2-3 gün müddətində yoxlamaların aparılacağını bildirmişdi. Daha sonra isə siyahıların banklara göndəriləcəyini qeyd etmişdi.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

YENİ QƏRAR: Bu evlərə “kupça” verilməyəcək  
Sabah bu ərazilərdə qaz olmayacaq
Lukaşenko Azərbaycana gəlir

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Penitensiar Xidmət və DİN birgə əməliyyat keçirdi