Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
44934
az

SON DƏQİQƏ!Azərbaycan xalqına ağır itki baş  verdi: Görkəmli şəxs vəfat etdi

17:4523 Dekabr, 2020
57201
CƏMİYYƏT
  • A

Azərbaycanın elmi-pedaqoji ictimaiyyətinə ağır itki üz verib.

Oxu24.com  xəbər verir ki, tanınmış alim, pedaqoq Tariyel Ağa Əli oğlu Bədəlov 83 yaşında vəfat edib.

Müəllim ailəsində göz açan, hələ orta məktəbdə oxuduğu illərdə təhsildə xüsusilə fərqlənmiş Tariyel Bədəlov Azərbaycan Neft və Kimya İnstitutunu bitirdikdən sonra həyatını elmi-pedaqoji fəaliyyətə həsr edib. Moskvada SSRİ Elmlər Akademiyasının Kibernetika Elmi Tədqiqat İnstitutunun aspiranturasını bitirərək elmlər namizədi alimlik dərəcəsi alıb. Yorulmaz zəhməti və gərgin elmi axtarışları ilə ən müasir elm sahəsi olan texniki kibernetikanın respublikamızda əsasının qoyulmasında fəal iştirak edib. Uzun illər bu istiqamət üzrə səmərəli elmi-tədqiqat işi aparmaqla bərabər, həm də Azərbaycan Memarlıq və İnşaat Universitetində mütəxəssis hazırlığı sahəsində məhsuldar fəaliyyət göstərib.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası yarandığı gündən Tariyel Bədəlovun fəaliyyəti bu təşkilatla bağlıdır. O, 28 il yorulmadan öz enerjisini Komissiyada qəbul imtahanlarının məzmunu və metodiki tərəflərinin işlənməsinə, qəbulun nəticələrinin araşdırılmasına, biliyin qiymətləndirilməsi işinin təkmilləşdirilməsinə sərf edib.

Onun dövlət qulluğunda səmərəli fəaliyyəti dövlətimiz tərəfindən layiqincə qiymətləndirilib və Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə ölkəmizin ali mükafatlarından olan "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub.

Kollektivdə həmişə qayğıkeş, həssas, xeyirxah bir insan kimi tanınan Tariyel Bədəlov öz bilik və istedadını təhsilə və elmə səmərəli xidmətə sərf edib, yeni qiymətləndirmə üsulları və test formalarının işlənib hazırlanmasında dəyərli töhfələr verib.

 

Günün  təklif  olunan  videosu:

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

32 ildən sonra Laçında ikinci dəfə toy çalındı - FOTO
İlham Əliyev Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndinin təməlini qoyub
Bu ədviyyatı zeytun yağı ilə qarışdırın – Orqanizmi qalxan kimi qoruyur

UEFA-dan Şahruddinin komandasına sərt cəza

18+

Küçədə qızı belə öldürdü (18+VİDEO)
Rusiya Ukrayna gəmilərini belə vurdu - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Lənkəranda qətlə yetirilən 22 yaşlı Könülün ailəsi hər şeyi danışdı +VİDEO