Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
44718
az

Şəhidin övladlarını əmanət etdiyi atası koronavirusdan öldü

23:0620 Dekabr, 2020
563
CƏMİYYƏT
  • A

Vətən Müharibəsinin şəhidi, 30 sentyabr tarixində cəbhənin Füzuli rayonu istiqamətində həlak olmuş Fərid Hacıyevin atası Təşkilat Hacıyev koronavirus xəstəliyindən vəfat edib.
"Oxu24.com" modern.az-a istinadən xəbər verir ki, Təşkilat Hacıyev ağır vəziyyətdə Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinə məxsus, Zığ qəsəbəsində yerləşən modul tipli xəstəxanada yerləşdirilmişdi. O, həmin xəstəxananın reanimasiya şöbəsində süni tənəffüs aparatına qoşulsa da, şəhid atasını xilas etmək mümkün olmayıb.

Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndindən olan şəhid Fərid Hacıyev Azərbaycan Ordusunun müddətdən artıq hərbi qulluqçusu kimi sentyabrın 27-dən başlayan Vətən Müharibəsinin ön sıralarında döyüşüb.

Sentyabrən 30-da isə cəbhənin Füzuli rayonu istiqamətində gedən ağır döyüşlərdə qəhrəmancasına həlak olub.

Fərid Hacıyev Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Prezidentin 15 dekabr 20-ci il tarixli sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.

Onun digər qardaşı Samid Hacıyev hazırda cəbhənin Tərtər rayonu istiqamətində hərbi xidmətdədir.

Fərid Hacıyev şəhid olmazdan öncə vəsiyyətində üç azyaşlı övladını atasına əmanət etmişdi.

Allah rəhmət eləsin...

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Lukaşenko Azərbaycana gəlir
Qonaqlar gəlmədən tualetə bir qaşıq duz tökün – Evdar qadınların sirri
Blinken Kiyev barında gitara çalıb, mahnı oxudu - VİDEO

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Məhbu qaçdı -İnterpol axtarışa verdi +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Penitensiar Xidmət və DİN birgə əməliyyat keçirdi