Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
Murad Muradov xəstəxanada vəfat edib

Murad Muradov xəstəxanada vəfat edib

Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yaydı

Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yaydı

Rusiyadan dəhşətli xəbər gəldi: Ölənlər var+VİDEO

Rusiyadan dəhşətli xəbər gəldi: Ölənlər var+VİDEO

XƏBƏR LENTİ

10 May 2024
ABŞ Venesuelanın neft-qaz sektoru ilə əməliyyatlar üçün lisenziyanın müddətini uzadıb
İsrailin Beerşeba şəhərində hava hücumu xəbərdarlığı elan edilib
Vəhşi arılar israilli hərbçilərə hücum edib, 10 nəfər yaralanıb
Murad Muradov xəstəxanada vəfat edib
İyulda Ukraynaya yeni qırıcılar veriləcək
Almatıda Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında danışıqlar başa çatıb
Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yaydı
Prezident İlham Əliyev Qarabağda: dövlət başçısı Şuşaya qayıdan sakinlərlə görüşdü – CANLI
Azərbaycanda korrupsiya ilə bağlı məlumat verən şəxslər həvəsləndirilə bilər
Yaponiya Rusiyanın strateji qüvvələrinin daim hazır olması ilə bağlı bəyanatı yüksək qiymətləndirib
ABŞ Aİ-ni F-16-nın Ukrayna Silahlı Qüvvələrinə təhvil verilməsini təxirə salmağa məcbur edir
Gürcüstan parlamenti xarici agentlər haqqında qanuna baxılması üçün son tarixi elan edib
Tbilisidə polis Belqorod sakinini saxlayıb
BÜTÜN XƏBƏRLƏR
4033
az

Universitet seçimində nəzərə alınmalı yeddi vacib məqam

10:3628 İyul, 2018
763
  • A
 İmtahanların başa çatması ilə bütün abituriyentlər üçün ixtisas seçimi mərhələsi başlayır.

Universiteti və ixtisas seçimi gələcək həyatınızı istiqamətləndirəcək çox vacib məqamdır. Bütün bunları nəzərə almaqla, uğurlu ixtisas seçiminizə kömək edəcək vacib məqamları sizin üçün seçdik.

Oxu24.com universitet seçimində nəzərə alınması vacib olan yeddi məqamı təqdim edir.

Tətbiqi təhsilin əhəmiyyəti

Nəzəri dərslər oxuyacağınız ixtisas və peşə haqqında geniş məlumat verir. Lakin məzun olduqdan sonra sizi iş dünyasına hazırlayan əsas mərhələ tətbiqi, yəni praktiki təhsildir. Praktika sizi iş dünyasına aparan yolun əsasını təşkil edir.

Keyfiyyətli tətbiqi təhsil almaq üçün seçəcəyiniz universitetin imkanlarına baxın. Görün, seçəcəyiniz universitetin intensiv şəkildə istifadə etdiyi laboratoriya və ya universitetin sənaye müəssisələri ilə əməkdaşlığı mövcuddurmu?!

Xüsusilə, sənaye dünyası ilə geniş əlaqələri olan universitetlərin seçilməsi vacibdir. Çünki belə universitetlər tələbələri yiyələnəcəkləri peşəyə uyğun hazırlaya bilirlər.

Təhsil alarkən iş dünyası ilə əlaqə qurabilmə imkanı

Tətbiqi təhsilin vacib məqamlarından biri də biznes mühitini “görə bilmək” – praktika keçməkdir. Peşənizə uyğun sektorla nə qədər tez təmasa keçsəniz, işləmə şansı əldə etsəniz, karyera baxımından gələcəyinizi o qədər uğurlu formalaşdıra bilərsiniz.

Seçəcəyiniz universitet əməkdaşlıq etdiyi şirkətlər vasitəsilə bu məsələdə sizin işinizi asanlaşdıra bilər. Universitet sizə praktika imkanı təklif edirsə, bunu mütləq dəyərləndirin!

Müasir düşüncəli və təcrübəli müəllim heyəti

Ali təhsili necə aldığınız qədər, kimdən aldığınız da böyük əhəmiyyət kəsb edir. Öz sahəsində mütəxəssis, müasir metodikanı mənimsəmiş, eyni zamanda, böyük təcrübəyə malik müəllim heyəti təhsil aldığınız müddətdə sizə böyük dəstək olacaq.

Müəllim heyətini incələyərkən onların həm milli, həm də beynəlxalq uğurları ilə yanaşı, müəllif layihələrinə sahib olub-olmadıqlarına və bu layihələrə tələbələri cəlb edib-etmədiklərinə baxın.

İnnovativ, elmi və texnoloji imkanlara sahib universitetləri seçin

Ali təhsilin əsas üstünlüyü innovativ, elmi və texnoloji imkanları tələbələrin ixtiyarına verməsidir. Tələbə dövrün tələbinə uyğun, yeni texnologiyalarla təchiz olunmuş mühitdə təhsil almalıdır. Universitetdənkənar texnoparklarda, elmi araşdırma laboratoriyalarında dərs keçmə imkanı təklif edən ali təhsil müəssisəsi seçəcəyiniz universitetlər arasında ilk sıralara qoyulmalıdır.

Sosial-mədəni imkanlar

Tələbələrin universitet həyatı sadəcə təlim-tərbiyədən ibarət olmamalıdır. Universitetlər tələbələrinə sosial və mədəni imkanlar təmin etməklə, onların tam formalaşmasına kömək göstərməlidir. İxtisas və universitet seçərkən universitetlərin bu sahədə hansı fəaliyyətlərlə məşğul olduqları, hansı imkanlara sahib olduqları mütləq araşdırılmalıdır.

Təqaüd imkanı

Xüsusilə özəl universitet seçəcək abituriyentlər təqaüd imkanını mütləq araşdırmalıdır. Təqaüdün miqdarı və müddəti xüsusilə nəzərə alınmalıdır.

Müasir kampuslar

Seçəcəyiniz ixtisasın balı iki universitetdə də eynidirsə, sizin üçün universitetin yeri seçiminizdə mühüm rol oynayır. Bu halda hansı universitetin yerləşdiyi yer sizə uyğundursa, onu seçə bilərsiniz.

Eyni zamanda, metroya yaxınlıq, ictimai nəqliyyatla rahat gedə bilmə imkanı seçiminizə təsir göstərən amillərdəndir. Bununla yanaşı, müxtəlif yerlərdən gəlmiş, Bakıda kirayədə qalacaq tələbələr üçün o yerin sakit və təhlükəsiz olması böyük əhəmiyyət kəsb edir. Bu məsələdə universitetin imkanları da araşdırılmalıdır. Yataqxanasının olub-olmaması və yaxud ətrafındakı kirayə verilən mənzillərin mövcud vəziyyəti, qiymətləri diqqət yetirilməli məqamlardandır. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Hıçqırıqdan necə qurtulmaq olar? - 6 sadə üsul
ƏDV qəbzləri ölüm saçır: mütəxəssisdən XƏBƏRDARLIQ - VİDEO
Ümummilli lider Heydər Əliyevin doğum günüdür

Nəhəng günəş ləkəsi Yerdən adi gözlə görünməyə başladı

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Efirdə kövrək anlar: Himni eşidən azyaşlı ağladı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Maşınlardan oğurladığı bank kartları ilə alış-veriş edən şəxs saxlanıldı - VİDEO