Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
SON DƏQİQƏ! Bu ölkə israillə əlaqələrini kəsdi

SON DƏQİQƏ! Bu ölkə israillə əlaqələrini kəsdi

Sabirabad rayonunda yeni təyinat olub

Sabirabad rayonunda yeni təyinat olub

MN-dəki 143 milyonluq cinayət işi ilə bağlı şahidlər barəsində məcburi gətirilmə qərarı çıxarılıb

MN-dəki 143 milyonluq cinayət işi ilə bağlı şahidlər barəsində məcburi gətirilmə qərarı çıxarılıb

XƏBƏR LENTİ

03 May 2024
Səfirlikdən Texasda yaşayan azərbaycanlılara MÜRACİƏT
Rusiya bu məhsulun ixracına müvəqqəti qadağa qoydu
Qan donduran hadisə: Kişi yoldan keçənə hücum edərək onun gözünü və qulağını yedi - Şəkil
MURDARÇA : çox yerdə bilinməyən faydaları
Səfərbərlik Xidmətinə 32 sürücü lazımdır - VAKANSİYALAR - ŞƏRTLƏR
Alman iş adamı Ştutqart Ali Regional Məhkəməsi qarşısına çıxarılacaq
Britaniya NATO qoşunlarının Ukraynaya göndərilməsi zərurətini rədd edir
Ermənistanda şok plan: Paşinyanı devirmək istəyənlər kimdir?+VİDEO
Ərdoğan siyasətin yumşaldılması prosesinə başlamağa hazır olduğunu açıqlayıb
ABŞ Ukraynaya göndərmək üçün bəzi silahların mövcud olmadığını açıqlayıb
Gürcüstan prezidenti xarici agentlər haqqında qanunu Avropaya inteqrasiyaya maneə hesab edib
SON DƏQİQƏ! Bu ölkə israillə əlaqələrini kəsdi
ABŞ kəşfiyyatı Rusiyanın daha bir münaqişədə iştirakını etiraf edib
BÜTÜN XƏBƏRLƏR
38925
az

Kar, kor və lal olanların qəlb əhlindən fərqi

21:2914 Sentyabr, 2020
408
CƏMİYYƏT
  • A

Hər bir insanın Qurandan bəhrə aparması müxtəlif cür olur. O kəsin ki, dərki daha yaxşı və baxışları daha dərindir - şübhəsiz ki, Qurandan daha çox bəhrə aparacaqdır.

İnsanlar həqiqətlər qarşısında iki yerə bölünürlər: bir dəstə o insanlardır ki, heç bir zaman haqqı eşitmək istəmirlər. Baxmayaraq ki, zahirdə görən gözə və eşidən qulağa malikdirlər, ancaq nə eşidirlər və nə də görürlər. Quran bu insanlar haqqında buyurur: "Kar, lal və kordurlar. Buna görə də (haqqa tərəf) qayıtmırlar". ("Bəqərə" 18).

Qurani-Kərim başqa yerdə bu insanlar haqqında belə buyurur: "Və deyərlər: "Əgər Biz (həqiqətən,) eşitsəydik, ya düşünsəydik, əsla yanar cəhənnəm odunun əhli zümrəsində olmazdıq". ("Mulk" 10).

O biri dəstə isə əksinə - Allahın onlara verdiyi nemətlərdən Onu tanımaq yolunda istifadə edər və həqiqi hədəflərini yaxşı tanıyırlar.

Birinci dəstəyə nə qədər haqq sözləri deyilərsə də, onlara təsir qoymaz. Başqa sözlə desək, o insan ki, yatıbdır onu oyatmaq olar, ancaq o kəs ki, özünü yuxuluğa vurubdur - onu oyatmaq mümkün deyildir. Ona görə də Quranın bu insanlar üçün heç bir faydası və xeyri olmaz.

Ancaq ikinci dəstə üçün Quran - hidayət və səadət yolunu göstərən səma kitabıdır. "Barəsində heç bir şəkk-şübhə olmayan bu uca məqamlı kitab pəhrizkarlar (aşağıdakı beş xüsusiyyəti fitrət və ya peyğəmbərlərin dəvəti yolu ilə əldə etmiş kəslər) üçün hidayət mənbəyidir". ("Bəqərə" 2).

Əgər qəlb əhli olsaq və əgər can qulağımızla Qurana qulaq asa bilsək, o zaman həyatın tufanlı fırtınalarından qalib çıxar və İlahi yardımı hiss edərik. "Həqiqətən bu Qur'an (insan cəmiyyətini) ən möhkəm və sabit yola və dinə hidayət edir və həmişə yaxşı işlər görən möminlərə, onlar üçün (dünyada və axirətdə) böyük bir mükafat olması müjdəsini verir". ("İsra" 9).

Qurani-Kərim qəlbin təfəkkürü barədə buyurur: "Məgər onlar yer (üzün)də gəzib dolaşmayıblar ki, düşünən qəlbləri və ya eşidən qulaqları olsun?! Çünki əslində zahiri gözlər kor olmur, lakin sinələrdəki ürəklər kor olur". ("Həcc" 46).

Beləliklə, əgər insanın qəlbi görən və ayıqdırsa, o zaman həqiqətləri daha yaxşı dərk edər və qəbul edər. Ancaq kor, kar və lal insanlar hər nə qədər həqiqətlərin əhatəsində olsalar da, onu dərk etmək qabiliyyətinə malik deyildirlər.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Səfirlikdən Texasda yaşayan azərbaycanlılara MÜRACİƏT
Rusiya bu məhsulun ixracına müvəqqəti qadağa qoydu
MURDARÇA : çox yerdə bilinməyən faydaları

Rusiyada nadir çiçək tapılıb

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Qan donduran hadisə: Kişi yoldan keçənə hücum edərək onun gözünü və qulağını yedi - Şəkil