Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
38730
az

Təhsil eksperti: “Belə yaxşı nəticə gözləmirdik”

19:1209 Sentyabr, 2020
300
CƏMİYYƏT
  • A

Ali məktəblərə bu il keçirilən qəbul imtahanlarında abituriyentlərin göstərdiyi nəticələr ötən illə müqayisədə daha yaxşıdır. 

Bunu Oxu.24.com-a təhsil eksperti Elçin Əfəndi deyib: 

“Bu ilki nəticə ötən ilkindən daha yaxşı oldu, bu gözlənilən deyildi. Pandemiya səbəbindən nəticələrin zəif olacağı gözlənilirdi. Balları müqayisə edəndə görürük ki, həqiqətən də bu il nəticələr heç də pis deyil”. 

Lakin sosial şəbəkələrdə I qrup üzrə imtahan verənlərin  göstəricilərinin zəif olması müzakirə edilir. Belə ki, 0-100 bal toplayanların sayının kifayət qədər yüksək olduğu qeyd edilir.

Ekspert isə bildirdi ki, 0-100 bal arası nəticə göstərənlərin çoxu əvvəlki illərdə məktəbi bitirənlərdir:

“Düzdür, aralarında bu il məktəbi bitirinlər də var. Problem var, amma böyüdüləcək qədər deyil. Çünki şagirdlər pandemiya şəraitində çətinliklə hazırlaşırdılar. Mart ayından sonra belə bir vəziyyətlə üz-üzə qaldığımız halda, göstərilən nəticəni yüksək qiymətləndirmək olar. Amma bu təsəlli ola bilməz, daha çox çalışılmalıdır, geniş praktikalardan və innovativ təhsildən istifadə olunmalıdır”. 

Xatrıladaq ki, builki qəbul imtahanlarında I qrup üzrə 600-dən çox bal toplayanların sayı ötənilki göstəricilərdən çoxdur. Keçən il qəbul imtahanlarında 600-dən çox bal toplayanların sayı 553 nəfər olub. 

0-100 bal arası nəticə göstərənlərin sayı 16, 100 baldan yuxarı nəticə göstərənlərin sayı isə 84 faiz olub. Keçən il I qrupda 100 baldan yuxarı nəticə göstərənlər 79 faiz idi, bu il daha çox abituriyent 100 baldan yuxarı nəticə göstərib.

Bu il qəbul imtahanlarında 600-dən çox bal toplayanlar ümumi iştirakçıların 2,15 faizini təşkil edir. Belə ki, II ixtisas qrupu üzrə 600-dən çox bal toplayanların sayı 215 nəfər (keçən il 404 nəfər), III ixtisas qrupu üzrə 550 nəfər (keçən il 604 nəfər), IV ixtisas qrupu üzrə 353 nəfər (keçən il 378 nəfər) olub.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Broyler toyuqlarının bu hissələrini yeməyin
Xolesterol səviyyəsini idarə etməyə kömək edəcək unikal içki
Quba və Xaçmaza dolu yağır - VİDEO

Qurbağa zəhəri gələcəyin antidepresantı ola bilər

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Bakıda kişi gecə saatlarında özünü asdı