Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
38414
az

"Azərsu" abonentlərə 19 elektron xidmət təklif edib

16:5931 Avqust, 2020
333
CƏMİYYƏT
  • A

"Azərsu" Açıq Səhmdar Cəmiyyəti əhaliyə göstərdiyi xidmətlərin elektronlaşdırılması ilə bağlı tədbirlər həyata keçirir.

Qurumdan Oxu24.com-a verilən məlumata görə. artıq 19 elektron xidmət abonentlərin istifadəsinə verilib. Həmin xidmətlər vasitəsilə abonentlər birbaşa internet üzərindən əmnəliyyatlar həyata keçirir. Əhali abonenet qrupları üçün texniki şərtlər üçün müraciət bölməsində abonent müraciət etməklə texniki şərt əldə edə bilər. Abonent məlumatlarının dəyişdirilməsi bölməsində isə ev alıb-satan abonent həmin bölmədə məlumatıarı dəyişdirə bilər. Bundan başqa abonentin istifadə etdiyi suya görə borcunu yoxlaması üçün ayrılmış bölməyə müraciət edən şəxs borclu olub olmaması barədə arayış ala bilər. Həmin bölmədə həmçinin abonenet 1 il ərzində istifadə etdiyi suyun həcmini və ödədiyi vəsaiti öyrənə bilər.

Ayğac göstəricilərinin elektron qaydada təqdim olunması bölməsində isə abonentmənzilindəki sayğacın göstəriciləri ilə tanış ola bilər.

Bu xidmətlərlə yanaşı, qurumun saytında abonent borcunun onlayn öyrənilməsi və ödənilməsi bölməsi də var ki, hər bir şəxs həmin bölmə vasitəsilə borcunu öyrənə və ödəyə bilər. Qurumun elektron müraciətlər bölməsi vasitəsilə abonenet "Azərsu"ya aid olan bütün məsələlər barədə quruma müraciət edə bilir.

"Su nümunələrinin yoxlanılmasına dair müraciət", "Su nümunələrinin yoxlanılmasına dair müraciət", "Su sayğaclarının plomblanmasına (quraşdırılma və ya dəyişdirilməsinə) dair müraciət", "Su sayğaclarının təmiri və yaxud nasaz sayğacların dəyişdirilməsi müraciəti", "Su təchizatı və tullantı sularının axıdılması sistemində baş vermiş qəzaya dair müraciət", "Əhali qrupuna aid olan yeni istehlakçının qeydiyyata alınması", "I qrup istehlakçılar tərəfindən Su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə borcun olmaması haqqında arayışın alınması", "Su təchizatı və tullantı sularının axıdılması xidmətləri"nə dair abonentə aid məlumatların verilməsi xidməti, "Əhali qrupuna aid olan istehlakçıların su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulması üçün texniki şərtlərin alınması müraciəti", "Su sayğaclarının quraşdırılması müraciəti", "Su təchizatı və tullantı sularının idarə olunması xidmətinin müvəqqəti dayandırılması və bərpası müraciəti" və "Elektron faktura" bölmələri olmaqla qurum ümumilikdə 19 elektron xidməti abonentlərin istifadəsinə verib.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

ABŞ və NATO hücumda: Krım planı iflasa uğradı
Faşizm üzərində qələbədən 79 il ötür
Məşqçinin təcavüz etdiyi tennisçiyə bu qədər təzminat ödəniləcək

Ötən ay dünyada “ən isti aprel” kimi qeydə alınıb

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Şagird müəllimənin başına zibil torbası keçirdi
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Əmisini görün nə üstündə öldürdü — Bakıda qandonduran cinayət +VİDEO