Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
38162
az

Toylarla bağlı qərar verildi - YALNIZ 1 SAAT

10:2726 Avqust, 2020
431
CƏMİYYƏT
  • A

Türkiyədə yeni növ koronavirus (COVID-19) pandemiyasına qarşı aparılan çoxistiqamətli mübarizə tədbirləri çərçivəsində bəzi vilayətlər üzrə xüsusi karantin qaydaları müəyyən olunub.

Oxu24.com ölkənin Daxili İşlər Nazirliyinə istinadla xəbər verir ki, avqustun 26-dan etibarən Ankara, Adana, Ağrı, Bursa, Çorum, Diyarbəkir, Ərzurum, Gaziantəp, Kayseri, Konya, Mardin, Şanlı Urfa, Van və Yozgat olmaqla 14 vilayətdə sünnət, nişan və xınayaxdı mərasimlərinin keçirilməsinə icazə verilməyəcək. Toy mərasimləri bir saat olacaq. Gəlin və bəyin birinci və ikinci nəsildən olan doğmaları istisna olunmaqla, 65 yaşdan yuxarı və 15 yaşdan aşağı təbəqənin təmsilçilərinə toyda iştirak qadağan ediləcək. Rəqslər, o cümlədən yallı çəkilməsi, açıq şəkildə yeməklərdən istifadəyə icazə verilməyəcək. Bu qaydaları pozan tərəflərə pul cərimələri kəsiləcək.

Qeyd edək ki, Türkiyə üzrə 98 min 231 nəfər testdən keçirilib. Onlardan 1502 nəfər xəstə çıxıb. Bu göstərici iki gün əvvəlki vəziyyətlə müqayisədə 285 nəfər çoxdur. Sutka ərzində ölkə üzrə 887 nəfər sağalıb, 24 nəfər həyatını itirib.

Ekspertlər hesab edir ki, kütləvi tədbirlər, xüsusilə də rəqs və yallı olan mərasimlər məlum infeksiyanın kütləvi yoluxmasına səbəb olur.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Soğanda gizli təhlükə: yeyərkən edilən bu səhv zəhərlənməyə səbəb olur
Ərdoğandan HƏMAS-la bağlı AÇIQLAMA:
Azərbaycanda DƏHŞƏT: qadını qətlə yetirib həyətdə basdırdılar - YENİLƏNDİ

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
SON DƏQİQƏ! Meyiti 70 gündən sonra basdırıldığı yerdən tapıldı