Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
38075
az

Nazirlikdən əsir götürülən erməni komandirlə bağlı AÇIQLAMA

16:4624 Avqust, 2020
466
CƏMİYYƏT
  • A

Azərbaycan Müdafiə Nazirliyi Ermənistan Müdafiə Nazirliyinin erməni zabitin guya yolu azaraq Azərbaycan tərəfinə keçməsi ilə bağlı açıqlamasına münasibət bildirib.

Müdafiə Nazirliyindən Publika.az-a daxil olan məlumatda deyilir:

"Ermənistan Müdafiə Nazirliyinin istənilən faktı inkar və təkzib etməsi artıq heç kəsdə şübhə doğurmur. Xüsusi tapşırıq yerinə yetirən diversiya-kəşfiyyat qrupunun komandiri baş leytenant Qurgen Alaverdyanın əsir götürülməsi faktını Ermənistan müdafiə nazirliyi zabitin guya dayaq məntəqəsini yoxlayarkən əlverişsiz hava şəraiti ucbatından "yolu azaraq itkin düşüb" deməklə təkzib etməyə çalışır. Tapşırıq icra edərkən əsir götürülən zabit hərbi geyim formasında olmasaydı sözsüz ki, Ermənistan Müdafiə Nazirliyi onu bu dəfə də ya çoban, ya da ruhi xəstə kimi qələmə verəcəkdi.

Əgər bir zabit “itir” və 24 saatdan da artıq vaxt keçməsinə baxmayaraq bu barədə ictimaiyyətə heç bir məlumat verilmirsə bu, Ermənistan ordusunda özbaşınalığın, intizamsızlığın hökm sürdüyünü, artan cinayət hadisələrinin, qeyri-döyüş itkilərinin daim və məqsədyönlü şəkildə ictimaiyyətdən gizlədildiyini bir daha sübut edir.
Hər dəfə təxribat qrupuna bələdçilik edən Ermənistan vətəndaşı və ya qrupunun üzvü Azərbaycan Ordusunun bölmələri tərəfindən ələ keçirildikdən sonra qarşı tərəf eyni senariyə əsasən bu şəxsləri psixi problemləri olan kənd sakini, ruhi xəstə, çoban, cinayət törətmiş kriminal element və sərxoş halda yolunu azaraq itkin düşən kimi təqdim edir.

Qeyd edək ki, Ermənistanın bu təxribatının da qarşısı Azərbaycan Ordusunun ayıq-sayıqlığı və peşəkarlığı nəticəsində qətiyyətlə alınıb.

Qoşunların təmas xəttində və Ermənistan-Azərbaycan dövlət sərhədi istiqamətində vəziyyətin gərginləşməsinə görə məsuliyyət tam şəkildə Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşür"

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Broyler toyuqlarının bu hissələrini yeməyin
Xolesterol səviyyəsini idarə etməyə kömək edəcək unikal içki
Quba və Xaçmaza dolu yağır - VİDEO

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
İrandan gətirilən 61 kq narkotiki satmaq istədilər