Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
37797
az

Cavan yaşda ərini itirmiş qadın hisslərini necə qarşılamalıdır?

18:2418 Avqust, 2020
324
CƏMİYYƏT
  • A

Ərini itirmiş dul qadın ona evlilik təklif edən başqa bir kişiyə ərə gedə bilər, həmçinin xoşu gələn kişiyə özü evlilik təklif edə bilər və ya ona xəbər göndərə bilər. Ailə qurmaq üçün şəriətə müvafiq qaydada kəbin kəsilməlidir. Burada qadının vəlisinin (atası, qardaşı və s.) razılığı, iki etibarlı şahidin olması və qadına mehr verilməsi vacib şərtlərdəndir.

Oxu24.com zikr.az-a istinadən bildirir ki, evli olmadığı müddətdə şəhvəti cilovlamağın yolu oruc tutmaq və gözü haramdan çəkməkdir. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Ey cavanlar, kim evlənə bilirsə, evlənsin. Çünki evlənmək, gözü naməhrəmlərə baxmaqdan, ayıb yerlərini isə zinadan qoruyur. Kim evlənə bilmirsə, oruc tutsun. Həqiqətən, oruc tutmaq onun çarəsidir". (Səhih əl-Buxari, 5066). Həmçinin gözü haramdan çəkmək, ibadət, dua, zikri artırmaq, haramı yada salan vasitələrdən və yerlərdən mümkün qədər uzaq durmaq, zinanın zərərləri haqqında düşünmək, şeytandan Allaha sığınmaq, möminlərlə dostluq etmək s. səbəblərdən istifadə edərək, səbr edib mükafatını Allahdan diləmək lazımdır. Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurub: "Kim iffətli (həyalı, namuslu) olmaq istəyərsə, Allah onu iffətli edər. Kim səbrli olmaq istəyərsə, Allah onu səbirli edər. Kim də zəngin olmaq istəyərsə, Allah onu zəngin edər. Heç kəsə səbrdən daha xeyirli və geniş bir pay verilməmişdir". (əl-Buxari, 1469, 6470; Muslim, 1053). Bütün bunlarla yanaşı Allaha çoxlu dua edin ki, sizə xeyirli həyat yoldaşı yetirsin, və duanızda davamlı olun.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

“Trendyol” Azərbaycan üçün qiymətləri KƏSKİN ARTIRDI
Zelenski onu vəzifəsindən azad etdi
Azərbaycanda vulkan püskürdü

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
İrandan gətirilən 61 kq narkotiki satmaq istədilər