Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
37652
az

Ləkələnmiş və ya yazılmış divar kağızını BELƏ TƏMİZLƏYİN

17:5516 Avqust, 2020
380
CƏMİYYƏT
  • A

Divar kağızı otaqların ən önəmli aksesuarı sayılır. O nə qədər zövqlü və gözəl olarsa, ev də bir o qədər rahat və səliqəli görünər. Lakin bu təmizliyi və səliqəni qorumaq hər zaman mümkün olmur.

Oxu24.com divar kağızlarınızı hər cür ləkələrdən təmizləyib, qorumağın sirlərini sizinlə bölüşür.

Sirr deyil ki, hər bir ailədə kiçik rəssamlar böyüyür, və onlar istedadlarını ən çox divar kağızlarının üzərində sübut etməyə çalışırlar. Bu isə ailə büdcəsinə böyük ziyan deməkdir. Rəngli flamasterlə yazılmış divar kağızlarını üz qırxmaq üçün olan köpüklə təmizləyə bilərsiniz. Öncə köpüyü yazıların üzərinə sürtün, 1 neçə dəqiqə saxlayıb, yuyun. Bundan əlavə qələm, famaster və digər çətin ləkələri kartof nişastası və sudan hazırlanmış şiləyə (kaşa) limon duzu əlavə edərək hazırlanmış məhlulla silə bilərsiniz. Məhlulu öncə pambığa batırıb, ləkələrin üzərinə çəkin. Bu prosesi ləkə tam təmizlənənədək təkrarlayın.

Divar kağızlarındakı eyni problemləri çözmək üçün paltarlar üçün nəzərdə tutulan sprey formalı ləkəçıxardanlardan istifadə edə bilərsiniz. Məhlulu ləkənin üzərinə sıxıb, 10 dəqiqə gözlədikdən sonra pambıq disklə silin.

 

Həmçinin bu ləkələri adi naşatır spirti ilə təmizləmək olar. Spirti qulaq çöpünün pambığına batırıb, ehtiyatla ləkələrin üzərinə sürtün. Bu da sınanmış üsul sayılır.

Divar kağızlarından yağ ləkələrini ütü və ağ kağızın köməyilə təmizləyə bilərsiniz, bir şərtlə ki ləkə təzə olsun. Çünki zaman keçdikdən sonra bu üsul işə yaramayacaq. Öncə ağ kağızı ləkənin üzərinə qoyun. İsti ütünü kağıza yapışdırın. Bu prosesi bir neçə dəfə təktaralayın. Yağ ləkəsi ağ kağızın üzərinə yapışacaq. Beləcə divar kağızınız təmizlənəcək.

Divar kağızlarından barmaq izlərini təmizləməyin yolunu da tapmışıq. Adi pozan bu işin öhdəsindən asanlıqla gələcək.

Bu kimi probləmlərdən birdəfəlik canınızı qurtarmaq istəyirsinizsə silinən divar kağızı alın. Beləcə ən şətin ləkələr belə adi nəm salfetin köməyilə asanca gedəcək.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ət yenə bahalaşacaq? - AÇIQLAMA / VİDEO
Soğanda gizli təhlükə: yeyərkən edilən bu səhv zəhərlənməyə səbəb olur
Ərdoğandan HƏMAS-la bağlı AÇIQLAMA:

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
SON DƏQİQƏ! Meyiti 70 gündən sonra basdırıldığı yerdən tapıldı