Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
37478
az

"London taksi"ləri Bakıya bu qiymətə gətirilib? - MƏBLƏĞ

18:1513 Avqust, 2020
312
CƏMİYYƏT
  • A

Xəbər verdiyimiz kimi, dünən Bakıda TX modelli yeni 100 ədəd "London taksi"sinin təqdimat mərasimi keçirilib.
Regionxeberleri.com Yeniavaz.com-a istinadən xəbər verir ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən ''Bakı Taksi Xidməti'' MMC-nin sifarişi əsasında Böyük Britaniyanın “London EV”(LEVC) şirkətindən alınaraq Bakıya gətirilib.
TX model "London taksi"lərinin Bakıya nə zaman gətirildiyi açıqlanmasa da, alqı-satqı razılaşmasının bu ilin mart ayında əldə olunduğu bildirilir. Bu barədə məlumat mart ayının 13-də “London EV”(LEVC) şirkətinin rəsmi saytında dərc olunub.
''Bakı Taksi Xidməti'' MMC aprel ayında "LEVC TX 5" markalı nəqliyyat vasitələrinin idxalında gömrük prosedurlarının yerinə yetirilməsi üçün kotirovka sorğusu keçirib və “Mobil Broker” MMC (VÖEN – 180470537) ilə müqavilə bağlayıb. Bu iş üçün “Mobil Broker” MMC ''Bakı Taksi Xidməti'' MMC-dən 7 min 670 manat alıb və "LEVC TX 5" markalı nəqliyyat vasitələrinin idxalında gömrük prosedurlarının yerinə yetirilməsinə may ayının 5-i tarixindən başlayıb.
Bakıya gətirilən "London taksi"lərinin qiyməti barədə də məlumat açıqlanmayıb. Yeniavaz.com “London EV”-i şirkətinə istinadən xəbər verir ki, bu model avtomobillərin qiyməti 54 690 funt-sterlinq (110 000 manat) ilə 60 695 funt-sterlinq (122 000 manat) arasında dəyişir.
Aşağıdakı cədvəldə TX model "London taksi"sinin qiymət cədvəli əks olunub:


Rəqəmlərdən də göründüyü kimi, 100 ədəd "London taksi"sinin ümumi dəyəri ən azı 11 000 000 manat təşkil edir.
Qeyd edək ki, TX model "London taksi"ləri “hibrid” avtomobil hesab olunur və bu nəqliyyat vasitələrinin “mal nomenklaturu” beynəlxalq ticarətdə 870340, 870350, 870360 və 870370 olaraq göstərilir.
Maraqlı məqamlardan biri də odur ki, Dövət Gömrük Komitəsinin açıqladığı rəsmi məlumatlarda bu ilin ilk yarısında Azərbaycana xaricdən 2052 ədəd “hibrid” avtomobilin gətirildiyi və bu avtomobillər üçün ümumilikdə 11 868 230 dollar (20 175 000 manat) ödənildiyi qeyd olunur. Göründüyü kimi, bu ilin ilk yarısında Azərbaycana gətirilən “hibrid” avtomobilin bir ədədinin orta qiyməti 9 832 manat olub.
Onu da qeyd edək ki, Azərbaycana 100 ədəd TX modelli "London taksi"si gətirən ''Bakı Taksi Xidməti'' MMC Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 mart 2015-ci il tarixli 89 nömrəli qərarına əsasən yaradılıb. Cəmiyyət Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərir. Cəmi 200 manat nizamnamə kapitalı olan MMC-nin qanuni təmsilçisi Fuad Əliyevdir. Eyni zamanda onu da qeyd edək ki, ''Bakı Taksi Xidməti'' MMC-ni dövlət büdcəsinə böyük miqdarda – 93 367 manat 71 qəpik vergi borcu var.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Slovakiyanın Baş naziri güllələndi, 71 yaşlı kişi saxlanıldı
Qonaqlar gəlmədən tualetə bir qaşıq duz tökün – Evdar qadınların sirri
Blinken Kiyev barında gitara çalıb, mahnı oxudu - VİDEO

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Siyasətçiyə hücumun ŞOK VİDEOSU YAYILDI
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Penitensiar Xidmət və DİN birgə əməliyyat keçirdi