Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
37366
az

İnsan həyatı TƏHLÜKƏDƏ - Dəniz suyunda zərərli zərrəciklər tapıldı

21:3211 Avqust, 2020
284
CƏMİYYƏT
  • A

Alimlər dəniz heyvanlarında mikroplastikin miqdarını asanlıqla müəyyən etməyin yolunu tapıblar. Məlum olub ki, məşhur dəniz məhsullarında – krevet, stridiya və ya yengəclərdə kifayət qədər mikroplastik zərrəcik olur. Ən çox isə sardinadadır. Tədqiqatın nəticəsi “Environmental Science Technology” jurnalında dərc edilib.

Oxu24.com TASS-a istinadla xəbər verir ki, məqalənin müəlliflərindən biri olan Fransiska Ribeyronun sözlərinə görə, tədqiq edilmiş nümunələrin hamısında istehsalatda geniş istifadə edilən polivinilxlorid süni polimeri aşkarlanıb. Eyni zamanda, bu cür polimerlərdən ən çox yayılmış olan polietilenin qatılıq dərəcəsi ən yüksək həddə çatıb.

Hər il dünyada çirkab sularına və zibilliyə təqribən 300 milyon ton plastik zibil düşür. Torpaqdakı mikroblar onların böyük hissəsini parçalaya bilmir və buna görə zibil on illər, hətta yüz illər ərzində toxunulmamış vəziyyətdə qalır. Dünya okeanında düşdükdə isə Sakit Okeandakı böyük zibil ləkəsi kimi nəhəng yığıntıya çevrilir.

Alimlərin müşahidəsinə görə, bu zərrəciklər suda uzun müddət qalmır: onları dəniz heyvanları yeyir. İki il əvvəl Kanada tədqiqatçıları müəyyənləşdiriblər ki, insan hər il orta hesabla 40-60 min arası mikroplastik zərrəcik udur.

Avstraliya və Böyük Britaniya alimlərinin Fransiska Ribeyronun rəhbərliyi altında yaratdıqları metod sayəsində dəniz heyvanlarının orqanizminə düşmüş polimerlərin bütün növlərini, o cümlədən polistirol, polietilen, polivinilxlorid, polipropilen və polimetilmetakrilatı müəyyənləşdirmək və zərrəcikləri saymaq mümkündür. Tədqiqatçılar beş növ üzərində - stridiya, krevet, kalmar, yengəc və sardina üzərində araşdırma aparıblar.

Analiz göstərib ki, ən az plastik kalmar (0,04 mq) və stridiyada (0,07 mq), ən çox isə sardinada (2,9 mq) olub. Zərrəciklər tərkibə görə fərqlənib, onlarda polietilenə daha çox rast gəlinib. Yalnız stridiyada əsasən polivinilxlorid toplanıb.

Alimlər okeanı çirkləndirən plastikin mənbəyini tapmağı planlaşdırırlar.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Hıçqırıqdan necə qurtulmaq olar? - 6 sadə üsul
ƏDV qəbzləri ölüm saçır: mütəxəssisdən XƏBƏRDARLIQ - VİDEO
Ümummilli lider Heydər Əliyevin doğum günüdür

Nəhəng günəş ləkəsi Yerdən adi gözlə görünməyə başladı

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Əmisini görün nə üstündə öldürdü — Bakıda qandonduran cinayət +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Polis Bakıda narkoplantasiya aşkarladı - VİDEO