Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
37183
az

Dünyanın mənası nədir?

20:5908 Avqust, 2020
348
CƏMİYYƏT
  • A

Dünyada yaşayan insanlar iki dəstəyə bölünürlər. O kəslər ki, dünyaya məftundurlar və onu məhv olmaz hesab edirlər. İkinci dəstə insanlar isə dünyanı vasitə kimi görürlər. Daha doğrusu, axirətə gedən körpü kimi görürlər.

İnsanın sağ qalması üçün, əlbəttə ki, dünya nemətlərindən faydalanması zəruridir. Belə olan halda dünya ona bağlanmaq amili deyildir, sadəcə axirətə çatmaq üçün bir keçiddir və körpüdür.

Bir mənəvi insan üçün də başqa insanlar kimi mənzil lazımdır, yemək və içmək lazımdır ki, sağ qala bilsin. Əgər kimsə desə ki, insan bunlar olmadan da belə, yaşaya bilər - absurd əqidədə olar. Çünki Allah dünya nemətlərini məhz axirəti üstün tutanlar üçün yaratmışdır və buyurmuşdur ki, ondan faydalanın, ancaq ifrat etməyin. Bu nemətlər sizə xidmət etmək üçün xəlq olmuşdular.

Əgər mənəvi insan bu dünya nemətlərini vasitə deyil, hədəf qərar verərsə - onun dünyapərəstlərdən heç bir fərqi olmaz. Məlum olur ki, dünya onu aldada bilmiş və özünə məftun etmişdir.

Ancaq əgər insanın hədəfi axirət olarsa, o zaman ac və susuz qalmaz - çünki yaşaması üçün bunların olması zəruridir. Dinimiz demir ki, ac qal və yaxud evlənmə. Sadəcə olaraq deyir ki, bu nemətlərdən ibadət və itaət halını əldə etmək üçün istifadə et. Əks halda ibadət etməyə taqətin olmaz.

İmam Sadiq (ə) buyurur: "Dünya sevgisi bütün günahların başıdır".

O kəs ki, dünyanı sevər - onun üçün hər bir günahı yerinə yetirmək daha asan olar. (Həvzəh)

"Onlar bu dünya həyatını, axirətin bahasına almış kəslərdir. Odur ki, (axirətdə) onların əzabı əsla yüngülləşməyəcək və onlara (heç bir) kömək də olunmayacaqdır". ("Bəqərə" 86).

"Qadınlar və övladlar, qızıl və gümüş kimi toplanılan çoxlu mallar, nişan qoyulmuş atlar, dördayaqlılar və əkin yerləri kimi istənilən və arzu edilən şeylərin (dünya mallarının) məhəbbəti insanlar üçün zinətləndirilmişdir. Halbuki, bunlar - dünya həyatından faydalanmaq vasitəsidir. Gözəl qayıdış yeri isə Allahın yanındadır". ("Ali-İmran" 14).

Allah Təala bizləri dünyanı dərk edənlərdən qərar versin!

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Broyler toyuqlarının bu hissələrini yeməyin
Xolesterol səviyyəsini idarə etməyə kömək edəcək unikal içki
Quba və Xaçmaza dolu yağır - VİDEO

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Cinayətdə şübhəli bilinən 106 nəfər saxlanıldı