Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
36900
az

Görəsən, bu binəvalar rayonların yolu açılsaydı ona nə deyəcəkdilər?  -  Gülayə Səfərova 

20:3404 Avqust, 2020
790
CƏMİYYƏT
  • A

Mən bəzi insanları başa düşə bilmirəm. O, insanları ki, aylardır dillərindən, statuslarından dəniz sözü düşmürdü. Bir çoxları xarici ölkələrdən nümunə gətirir və nəyə görə orada çimərliklərin açıldığını, Azərbaycanda isə buna icazə verilmədiyini irad tuturdular.

“ASAN xidmət”də vətəndaşlarımızı  düşünərək, beynəlxalq təcrübə əsasında epidemiya şəraitində çimərliklərdən istifadə üzrə müəyyən qaydalar hazırlayıb Operativ Qərəgaha təqdim etdi. Hökumət tərəfindən təsdiq olunmuş bu təlimat əsasında artıq vətəndaşların istifadəsi üçün Xəzər sahilində 120 xüsusi çimərik zonası yaradılıb.

Onların hamısı məlumatlandırıcı lövhələr, dezinfeksiya qurğuları, sanitar qovşaqlar və s. avadanlıqlarla təmin olunublar. Prosesə 1000 –dən çox ASAN xidmət könüllüsü də cəlb olunub.

Göründüyü kimi vətəndaşlarımızın təhlükəsizliyi, sağlamlığı və rahatlığı üçün müvafiq dövlət qurumları olduqca böyük işlər görüb. Bunları başa düşmək, qiymətləndirmək əvəzinə, indi də həmin adamlar lağ edirlər ki, çimərlikləri neyləyirik, gərək rayonlara gediş-gəliş açılaydı. Görəsən, bu binəvalar rayonların yolu açılsaydı ona nə deyəcəkdilər?

Qeybətsevərlər yəqin ki,  onda da söz tapardılar. Hökumət yumşalma tədbirlərinə getsə də, virus hələ məhv olmayıb.

Yoluxmaların, ölüm hallarının azalması  biavasitə dövlətimizin gördüyü tədbirlərin, o, cümlədən tətbiq olunan karantinin nəticəsidir. Gecə-gündüz bu məsələni xüsusi diqqət mərkəzində saxlayan Prezident İlham Əliyevin, Birinci Vitse – Prezident  Mehriban xanım Əliyevanın fədəkar fəaliyyəti nəticəsində ölkəmizdə Covid-19-dan ölüm halları dünyada ən aşağı səviyyədədir. Əlbətdə ki, burada ağır zəhmət çəkən həkimlərimizin, tibb işçilərimizin, polislərimizin zəhmətini də qeyd etmək lazımdır.

Gəlin, mənasız söhbətlərlərlə, yersiz iradlarla görülən böyük işlərə kölgə salmayaq. Hamılıqla tətbiq edilən qaydalara tabe olsaq,  tövsiyyə edilən bütün tibbi- epidemioloji normalara əməl etsək, bu bəladan xilas olmuş olarıq. Dünya mətbuatının verdiyi məlumata görə, koronavirusa qarşı vaksin demək olar ki hazırdır, onun istifadəsinə saylı aylar qalır. Deməli, bir az da dözməliyik. Təhlükəli bəlaya qalib gəlmək üçün hamımız dövlətimizlə həmrəylik nümayiş etdirməliyik. 

 “Ailə Dünyası” Ailələrə Hüquqi Yardım İctimai Birliyinin sədri – Gülayə Səfərova

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

FHN əməliyyat görüntüləri yayıb - VİDEO
Gürcüstandan Azərbaycana gətirilən toyuq əti yararsız çıxıb

UEFA-dan Şahruddinin komandasına sərt cəza

18+

Ləman vəhşicəsinə öldürüldü - DETALLAR
İran Prezidentinin helikopter qəzası ilə bağlı şok:
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Polis Ağcabədidə əməliyyatlar keçirdi