Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
36490
az

1000-ə yaxın zəvvarın iştirak edəcəyi Həcc ziyarətində azərbaycanlılar da varmı? - RƏSMİ

18:0529 İyul, 2020
304
CƏMİYYƏT
  • A

Qafqaz Müsəlmanları İdarəsi Səudiyyə Ərəbistanında 1000-ə yaxın zəvvarın iştirakı ilə keçiriləcək Həcc ziyarətində azərbaycanlı zəvvarların iştirak edib-etməyəcəyini açıqlayıb.

Oxu24.com xəbər verir ki, idarədən Trend-ə bildirilib ki, Həcc ziyarətində azərbaycanlı zəvvarlar iştirak etməyəcək.

Bu il Həcc ziyarəti ləğv edildiyi üçün ölkəmizdən Səudiyyə Ərəbistanına gedən zəvvar olmayacaq.

Qeyd edək ki, koronavirus pandemiyası ilə əlaqədar bu il Səudiyyə Ərəbistanında Həcc ziyarəti məhdud sayda zəvvarın iştirakı ilə avqustun 2-dək keçiriləcək.

Müəyyən məhdudiyyətlərin tətbiq edilməsi ilə keçiriləcək ziyarət zamanı zəvvarların Kəbəyə toxunmasına və onu öpməsinə icazə verilməyəcək.

Zəvvarların tibbi maskalardan istifadə etməsi mütləq şərt kimi qoyulub.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Həmkəndlisini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanıldı
İtaliya Azərbaycana yeni səfir təyin etdi
Qarğıdalı alanda bunlara DİQQƏT EDİN