Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
36302
az

Şəhid general-mayor Polad Həşimovun xatirəsinə həsr olunmuş film çəkiləcək

22:2924 İyul, 2020
367
CƏMİYYƏT
  • A

Şəhid general-mayor Polad Həşimovun əziz xatirəsinə Qarabağ həqiqətlərindən bəhs edən bədii film çəkiləcək. "Komandir" adlı filmin ssenarisi artıq hazırdır.

Oxu24.com bildirir ki, bu barədə AZƏRTAC-a filmin ssenari müəllifi, rejissor Cəlaləddin Qasımov məlumat verib.

Onun sözlərinə görə, Qarabağ müharibəsinə həsr olunan, eləcə də bu müharibədən əvvəl də ermənilərin Azərbaycana qarşı qara əməllərindən danışan "Komandir" adlı filmin redaktoru Əməkdar incəsənət xadimi, tanınmış kinoşünas Aydın Kazımzadədir.

Cəlaləddin Qasımov qeyd edib ki, filmin ssenarisi real hadisələrə əsaslanıb. Ssenaridəki hadisələrin bir hissəsi vaxtilə Tovuz rayonunda tibb bacısı işləmiş erməni qadın Tamara Adamyanın törətdiyi cinayətlərlə bağlıdır.

O deyib ki, saat yarımlıq film hazır olduqdan sonra beynəlxalq film festivallarında nümayiş etdiriləcək: "Azərbaycan xalqının qəhrəman oğlu, general-mayor, Qarabağ müharibəsində şəhid olmuş Polad Həşimovun əziz xatirəsinə həsr edilən "Komandir" bədii filmi ermənilərin tarixboyu azərbaycanlılara qarşı törətdikləri soyqırımları, vəhşilikləri ekrana çıxarmaqla bunu bir daha dünya tamaşaçılarının mühakiməsinə verəcək".

Qeyd edək ki, Cəlaləddin Qasımov son illərdə "Şollerin arxivi" adlı bədii və bir neçə sənədli, o cümlədən "100 il şərəfli ömür", "Nobel qardaşları" və sairə filmləri ilə tanınır. Onun "Şollerin arxivi" filmi onlarla beynəlxalq festivalda medal qazanıb. İnanırıq ki, "Komandir" filmi də müəllifə uğur gətirəcək.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

32 ildən sonra Laçında ikinci dəfə toy çalındı - FOTO
Bu ədviyyatı zeytun yağı ilə qarışdırın – Orqanizmi qalxan kimi qoruyur
Şaftalı bu xəstəliyi olanlara faydalıdır

UEFA-dan Şahruddinin komandasına sərt cəza

18+

Küçədə qızı belə öldürdü (18+VİDEO)
Rusiya Ukrayna gəmilərini belə vurdu - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Lənkəranda qətlə yetirilən 22 yaşlı Könülün ailəsi hər şeyi danışdı +VİDEO