Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
3584
az

Bakıda bu yolda tıxacda qalanlara şad xəbər (FOTO)

18:0011 İyul, 2018
920
CƏMİYYƏT
  • A
   Paytaxt yollarında tıxac və digər problemlərin həlli istiqamətində layihələrin icrası davam etdirilir.

OXU24.COM xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib. Onun sözlərinə görə, Zabrat şosesinin Heydər Əliyev prospekti ilə kəsişən hissəsində (Sabunçu yol qovşağı) yerüstü piyada keçidinin yaxınlığında işlərə başlanılıb.

"Bu məqsədlə, yerüstü piyada keçidinin yaxınlığında yerləşən dayanacaq məntəqələrinin yeri dəyişdirilərək cib tipli təşkil ediləcək. Bununla da günün pik saatlarında qeyd edilən yolda nəqliyyatın hərəkətində müşahidə edilən tıxacın aradan qaldırılması və sərnişinlərinin rahatlığının, eləcə də təhlükəsizliyinin təmin edilməsi mümkün olacaq”, - deyə Mais Ağayev bildirib. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Kəmaləddin Heydərov İranın daxili işlər nazirinə başsağlığı verdi
Qəzəb infarkt riskini artırır?
Həmkəndlisini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanıldı