Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
35638
az

\"Sərtləşdirilmiş karantin tədbirləri yenə əlavə iki həftə uzadılmalıdır\" - Şöbə Müdiri

18:5416 İyul, 2020
507
  • A

Təəssüflə qeyd etmək lazımdır ki, həmin gecədən (14 iyun aksiyaları) bir gün əvvəl, döyüşlərin davam etdiyi həmin günlər bu məsələni Operativ Qərargahda ciddi olaraq müzakirə etmişdik".

Bunu Milli.Az-a müsahibəsində Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin şöbə müdiri Nabil Seyidov deyib.

O bildirib ki, bu cür kütləvi tədbirlərin keçirilməsi, 5 nəfərdən çox adamın bir araya gəlməsi pandemiyayla mübarizədə ciddi fəsadlar yarada bilər:

"Ermənilərin sərhəddəki təxribatlarına etirazı nümayiş etdirmək üçün ordumuza dəstək məqsədilə kütləvi tədbirlərin keçirilməsi, eyni zamanda beynəlxlaq təşkilatların ofislərinin qarşısında mövqe göstərmək baxımından, emosionallıq, psixoloji dəstək baxımından bunlar hamısı əlbəttə ki, çox əhəmiyyətlidir, çox vacibdir. Lakin başqa şəraitlərdə. Yəni, hazırda pandemiya ilə Azərbaycan mübarizə apardığı üçün bizə daxildə ikinci cəbhə açmaq qətiyyən əlverilşli deyil. Bu cür kütləvi tədbirlərin keçirilməsi, 5 nəfərdən çox adamın bir araya gəlməsi pandemiyayla mübarizədə ciddi fəsadlar yarada bilər. Hələ bu aksiyalarda yüzlərlə, minlərlə adam olub. Digər şəhərlərimizi də götürsək, Sumqayıt olsun, Tovuz olsun, Bakı olsun, Qəbələ olsun fərq etməz. Hər bir yerdə yüzlərlə, minlərlə adam toplaşmışdı.

Şöbə müdiri qeyd edib ki, belə davam edərsə yoluxma sayı gündəlik 1000-ə çata bilər:

"Əgər 5-6 gündən sonra kəskin artım baş verərsə, bu, təəssüf ki, səhiyyə sistemini çox ciddi gərginliyə salacaq. Çünki adətən bu cür tədbirlərdən sonra inkubasiya dövrünü nəzərə alsaq, 5, 6, 7 gün sonra biz artım müşahidə edə bilərik. Təki olmasın, amma ehtimal var ki, olacaq. Xəstəxanalarda çarpayı ehtiyatının kəskin azalmasını müşahidə edə bilərik. Bu da o deməkdir ki, Azərbaycan diqqətini nəinki cəbhədə ermənlərin təxribatına qarşı, təəssüf ki, ölkə daxilində pandemiyanın daha da yayılmasının qarşısını almaq məqsədilə görülən tədbirlərə yönəltməli olacaq. Belə hallarla üzləşməmək üçün hamımız bir olub, təlimatlara əməl etməliyik ki, pandemiya Azərbaycanda tam nəzarətdə qalsın. Artım olmamalıdır, stabil olmalıdır ki, dövlət, hakimiyyət, ordu, xalq tam diqqətini yalnız hazırda Azərbaycanın Ermənistanla arasındakı proseslərə yönəltsin. Amma belə davam edərsə yoluxma sayı gündəlik 1000-ə çata bilər, ehtimal çox böyükdür. Çünki insanların kütləvi toplaşması Bakıdan əlavə həm Sumqayıtda, həm Tovuzda, həm Qəbələdə müşahidə edildi. Buralarda təşkil edilən yas mərasimləri hər kəsə bəllidir. Bu çox başadüşüləndir. Amma nəzərə almaq lazımdır ki, biz bugünkü gün ordumuzu təhlükə qarşısında qoyuruq. Çünki o yas mərasimlərində ordu nümayəndələrimiz də iştirak edirdilər, eyni zamanda şəhidlərimizin ailə üzvləri, yaxınları. Hamı emosiyalarını cilovlamalıdır, soyuqqanlı davranmalıyıq. Çünki biz indi elə şəraitdəyik ki, həm pandemiya, həm Ermənistanın təcavüzü davam edir. Hər şey "alman dəqiqliyi" ilə edilməlidir. Əks təqdirdə biz ciddi yoluxma ilə üzləşə bilərik, 1000-dən də çox yoluxma ola bilər və nəticədə xəstəxanalarda ciddi çarpayı problemi yaranacaq. Hamımız bunu anlamalıyıq, başa düşməliyik. Bəli, emosional məsələdir, bəli, dəstəyimizi nümayiş etdirməliyik. Amma hazırda ən yaxşı dəstək ölkə daxilində diqqətli olmaq, təxribatların qarşısını almaq, evdə oturmaq, pandemiyanın yayılmasına yol verməmək, dəstəyimizi informasiya məkanında göstərmək, əmr verilərsə səfərbərlikdir, o zaman dövlətə, orduya dəstəyimizi göstərməliyik. Amma buna qədər hamımız diqqətimizi pandemiyaya yönəltməlyik ki, dövlət iki cəbhədə vuruşmasın, diqqət Ermənistanın təxribatlarına cavab verməyə yönəldilsin. Sərtləşdirilmiş karantin rejimin sonu yaxınlaşır (20 iyul-red). Hazırda sağalanlarla yoluxanların sayında bərabərlik müşahidə edilir, hətta sağalanlar yoluxanlardan daha çox olur. 

 

Həm dünya təcrübəsini, həm digər infeksiyalarla bağlı alimlərin təhlillərini, analizlərini nəzərə alaraq səhiyyə mütəxəssisi kimi fikrim ondan ibarətdir ki, mən açığı düşünürəm ki, sərtləşdirilmiş karantin tədbirləri, xüsusilə indiki dövrdə yenə əlavə iki həftə uzadılmalıdır, bu qaçılmazdır. Çünki biz böyük ehtimalla artımı görəcəyik. Nə qədər istəsək də, nə qədər ümid etsək ki, "İnşallah artım olmaz", amma biz soyuqqanlı düşünməliyik və başa düşməliyik ki, yüzlərlə, minlərlə insanın maskasız bir yerə toplaşması böyük riskdir".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

ABŞ və NATO hücumda: Krım planı iflasa uğradı
Faşizm üzərində qələbədən 79 il ötür
Məşqçinin təcavüz etdiyi tennisçiyə bu qədər təzminat ödəniləcək

Ötən ay dünyada “ən isti aprel” kimi qeydə alınıb

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Şagird müəllimənin başına zibil torbası keçirdi
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Qazaxda narkotik yetişdirən şəxs saxlanıldı