Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
35568
az

General mundirini şərəfləndirən şəhidimiz - Polad Həşimova Milli Qəhrəman adı verilsin

00:1916 İyul, 2020
559
CƏMİYYƏT
  • A

Müstəqillik illərində Azərbaycanda bir çox dəyərləri itirdiyimiz kimi, general adının, rütbəsinin da qiymətdən düşdüyü heç kimə sirr deyil. Kobud səslənsə də, bəzi "yoldan keçənlərə" də general rütbəsinin verilməsi bu adın əzəmətini satsıtmışdı. Baxırdın ki, dünən alverlə məşğul olan, baytarlıq edən, cəmiyətdə rüşvət yığan, hətta "reket" kimi tanınan biri qısa müddətdə gəlib olub general.

Ona görə də, dünənə qədər general rütbəsi daşıyanların az qala hamısına, yumşaq desək, bir az şübhəylə yanaşırdıq. Onları da korrupsiyalaşmış oliqarxiya ilə bir sıraya qoyurduq. Düşünürdük ki, generaldırsa, deməli böyük biznesi, "topdağıtmaz" varidatı var. Generaldırsa, villaları, obyektləri, iri fermer təsərrüfatlarına sahibdir. Generaldırsa, nəinki ölkə daxilində, hətta xaricdə də çoxsaylı əmlaklara, mənzillərə malik biridir...
General deyəndə, elə bilirdik ki, gömrükdə, vergidə, sərhəddə sahibkarı soyan, onun son qəpiyini də əlindən almağa hazır olan "yekəqarındır"...

Generalı bəzilərimiz həbsxanada dustağa insan münasibəti göstərməyən, onun saxlanmasına dövlətin ayırdığı vəsaitləri talayan, cəzaçəkmə müəssisələrində orta əsr qaydalarını tətbiq edən, narkotika daxil nə desən satdıran "iri paqonlu" hesab edirdik.

Bəzilərimiz də generalı sahibkarı, iş adamını, hətta imkanlı sadə vətəndaşları belə şərləyib "podvala" saldıran, ailəsi ilə şantaj edib əlində nəyi varsa alan zənn edirdik. Gözümüzün önünə Akif Çovdarovu gətirərək...

Əhalinin içərisində general rütbəsi daşıyanlara əsgərin ərzağını satan, zabitinin haqqını mənimsəyən kimi baxanlar da az deyldi.

Çünki biz, ortada olan generalları belə görmüşdük... Çünki general adı bizdə daha çox qeyd olunan xüsusiyyətlərə malik insanların adları ilə assosiasiya olunmuşdu. Mahmudovlar, Çovdarovlar, Quliyevlər və sair - onları hamımız tanıyırıq...

Ancaq iki gün öncə Tovuz istiqamətində düşmənlə döyüşdə ŞƏHİD olan GENERAL Polad Həşimov bizim generallarımız barədə təsəvvürlərimizi alt-üst etdi.

Gördük ki, cəbhədə öz əsgəri ilə çiyin-çiynə döyüşən, sinəsini əsgərinə sipər edən qəhrəman GENERALIMIZ da var!

Bildik ki, yaşayışı sadə vətəndaşlardan fərqlənməyn, nəinki villası, obyektləri, hətta ortabab evi belə olmayan GENERALIMIZ var!

Şahidi olduq ki, dövlətin ona verdiyi, HAQQI OLAN mənzili belə ehtiyacı olan şəhid ailəsinə baxışlayacaq qədər böyük ürək sahibi olan GENERALIMIZ var!

Öyrəndik ki, öz vəsaitini belə dövlətin təhlükəsiliyini gücləndirməyə xərcləyən, cəbhədə "postlar" tikən GENERALIMIZ var!
Əmin olduq ki, öz həyatını Azərbaycan dövlətinin və xalqının təhlükəsizliyinə fəda etməyə hazır olan və bunu edən GENERALIMIZ var!

Yəni, Polad Həşimov yalniz sağ ikən deyil, ŞƏHİD olarkən də Azərbaycan dövlətinə və xalqına böyük bir xidmət göstərmiş oldu. O, insanımızın əksəriyyətinin gözündə dəyərini itirmiş GENERAL mundirini ŞƏRƏFLƏNDİRDİ!

Heç şübhə yoxdur ki, ordumuzda Polad Həşimov kimi generalların sayı kifayət qədərdir. Və inanırıq ki, onlar silah yoldaşlarının qisasın alacaqlar. Onun və digər şəhidlərimizin qisası isə Qarabağ işğaldan azad edilən gün alınmış olacaq!

General Polad Həşimov ŞƏHİD olaraq, Peyğəmbərlərdən sonra insanın çata biləcəyi ən UCA ZİRVƏYƏ yüksəlib!

Ancaq fikrimcə, həm 2016-cı ilin Aprel döyüşlərindəki şücaəti, həm düşmənin hücumlarının qarşısını alan zaman ön cəbhədə qəhrəmancasına həlak olması, həm də Qarabağ döyüşlərində ŞƏHİD olan ilk GENERALIMIZ olduğunu nəzərə alaraq, Polad Həşimova Milli Qəhrəman adının verilməsi məsələsinə baxılmalıdır!

İsmayıl İsmayılbəyli

"AzPolitika.info"saytının baş redaktor müavini

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Hıçqırıqdan necə qurtulmaq olar? - 6 sadə üsul
ƏDV qəbzləri ölüm saçır: mütəxəssisdən XƏBƏRDARLIQ - VİDEO
Ümummilli lider Heydər Əliyevin doğum günüdür

Nəhəng günəş ləkəsi Yerdən adi gözlə görünməyə başladı

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Əmisini görün nə üstündə öldürdü — Bakıda qandonduran cinayət +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Baş Prokurorluqdan azyaşlının ölümünə səbəb olan Mehman Xəlilovla bağlı AÇIQLAMA