Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
35542
az

Koronavirusu “öldürən” məhsulun adı açıqlandı

19:2115 İyul, 2020
443
CƏMİYYƏT
  • A

Fransadakı Monpelye Universitetinin tədqiqat qrupu koronavirusa öldürücü təsir edən məhsulun adını açıqlayıb.

Oxu24.com oxu.az-a istinadən xəbər verir ki, tədqiqat müəlliflərinin məlumatına görə, bu məhsul kələmdir. Alimlər müxtəlif növ kələm növlərinin populyar olduğu ölkələrdə (məsələn, Almaniya və Cənubi Koreyada) koronavirusdan ölüm nisbətinin aşağı olduğunu müəyyən ediblər.

Bildirilir ki, kələmdə koronavirusun ağır gedişatına mane olan maddələr var. Belə ki, kələm turşusunda bədənin patogenlərə qarşı müdafiəsini gücləndirən antioksidantlar mövcuddur.

Qeyd edək ki, daha əvvəl ispaniyalı dietoloq Alexandro Kanovas və İspaniyanın Pulmonologiya və Torakal Cərrahiyyə Cəmiyyətinin (SEPAR) rəhbəri Eusebi Çiner ağciyərləri koronavirusdan qorumağa kömək edən məhsul kimi yumurta, düyü, mavi balıq və qozu göstərmişdilər. Onların sözlərinə görə, sözügedən məhsullar tənəffüs sistemini gücləndirməyə kömək edə bilər.

"Ağciyərlərin vəziyyəti pisləşdikdə bədənin zülala ehtiyacı artır. Xüsusilə, yumurtalarda A vitamini kimi yağda həll olan vitaminlər, eləcə də yüksək keyfiyyətli zülallar var", - deyə, o bildirib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İmişlidə evdə yanğın oldu
Ağsuda asfalt çökdü: hər iki istiqamətdə yol bağlandı
Bu yolda yarımdairə ləğv edilir - VİDEO

UEFA-dan Şahruddinin komandasına sərt cəza

18+

Ləman vəhşicəsinə öldürüldü - DETALLAR
İran Prezidentinin helikopter qəzası ilə bağlı şok:
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Polis Ağcabədidə əməliyyatlar keçirdi