Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
35181
az

Qarpızın orqanizmə 8 FAYDASI

19:1811 İyul, 2020
477
CƏMİYYƏT
  • A

Tərkibinin 92%-i sudan ibarət olan qarpız insan orqanizminin maye ehtiyacını böyük miqdarda qarşılayır.

Oxu24.com xəbər verir ki, qarpızın tərkibindəki vitamin və minerallar sayəsində ürək əzələlərindən əzələ ağrılarına və dərinin gəncləşməsinə qədər bir çox orqana müsbət təsir göstərir.

Qarpızın orqanizmə 8 faydası

Az miqdarda kalorisi olmaqla yanaşı, toxluq hissi vermək özəlliyinə sahibdir. Buna görə də artıq çəkidən qurtulmaqda yardımçı olur. Lakin şəkər miqdarı yüksək olduğu üçün porsiyasına diqqət etmək lazımdır.

Lif səviyyəsi aşağı olduğu üçün qlisemik indeksi yüksək giləmeyvədir. Dolayısı ilə diabetik insanlarda bir porsiyadan çox yemək qan şəkərinin yüksəlməsinə səbəb ola bilər. Qarpızın yanında pendir kimi protein qaynağı yemək qan şəkərinin balansını qoruyur. Elektrolit tərkibi sayəsində orqanizmdəki maye itkisinin qarşısını alır. Buna görə də ara öyünlərdə yeyilməsi məsləhət görülür.

Xərçəngə qarşı müdafiə təmin edir. Ürəyin qan təzyiqini və xolesterolu azaldır. Xolesterolun qan damarlarına verdiyi zərəri bərpa edir. Tərkibindəli sitrulin tıxanan qan damarlarının genişlənməsinə səbəb olur.

Əzələ ağrısını yüngülləşdirir. İdmandan dərhal sonra 1 fincan qarpız suyu içmək əzələ ağrısını azaltmağa və enerji bərpasına yardımçı olur.

Dəri sağlamlığına kömək edir. C vitamini kollagen istehsalını artırır və dərinin daha gənc görünməsini təmin edir. Qırışların qarşısını alır. A vitamini isə ləkələri aradan qaldırır.

Tərkibindəki A və C vitaminləri saçlar üzərində də əhəmiyyətli effektə malikdir. Saçları gücləndirir, Günəş şüalarının zərərlərini aradan qaldırır.

Bol miqdarda su, az miqdarda lif tərkibi bağırsaqların fəaliyyətini sürətləndirir.

İltihabın qarşısını alır. C vitamini və antioksidant tərkibi iltihablanmanın azalmasına yardımçı olur.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Broyler toyuqlarının bu hissələrini yeməyin
Xolesterol səviyyəsini idarə etməyə kömək edəcək unikal içki
Quba və Xaçmaza dolu yağır - VİDEO

Qurbağa zəhəri gələcəyin antidepresantı ola bilər

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Bakıda kişi gecə saatlarında özünü asdı