Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
3416
az

İcra başçıları mühafizəçi saxlamalıdırmı?-

14:2205 İyul, 2018
2838
CƏMİYYƏT
  • A
Artıq iki gündür ki, ölkə mediasının gündəmini Gəncənin icra başçısı Elmar Vəliyevin və mühafizəçisinin silahlı hücuma məruz qalması xəbəri zəbt edib.Rəsmi məlumata görə, iyulun 3-də saat 20.30 radələrində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və onun mühafizəçisi Qasım Aşbazov İcra Hakimiyyətinin inzibati binasının qarşısında odlu silahdan açılan atəş nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdiriliblər.
Cinayəti törətməkdə şübhəli bilinən 1983-cü ildə Gəncə şəhərində anadan olan Yunis Səfərov dərhal həmin ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən tutularaq tərk-silah edilib. Fakt üzrə Azərbaycan Respublikasının Baş Prokurorluğunda Cinayət Məcəlləsinin 29-cu, 120.2.3-cü, 120.2.7-ci (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar qəsdən adam öldürməyə cəhd) və 228-ci (qanunsuz olaraq odlu silah əldə etmə) maddələri ilə cinayət işi başlanılıb.

Femida.az məsələnin təhlqkəsizlik tərəfini araşdırıb.Qanunvericiliklə İcra Hakimiyəti başçılarına mühafizəçi təyin olunurmu?

“Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanında qeyd olunan məsələlər öz əksini tapıb.Qeyd olunan fərmanda icra hakimiyyətlərinin təşkilində ştatlar müəyyən edilib.Mövcud ştatlar sırasında mühafizəçi ştatı mövcud deyil.


Misal üçün Gəncə Şəhər İcra Hakimiyyəti başçısı aparatının nümunəvi strukturu və ştat vahidlərinin sayı 55 nəfərdən ibarətdir.Bu siyahıda müxtəlif şöbələrin əməkdaşları nəzərdə tutulsa da, mühafizəçi ştatı yoxdur.

Baş verən hadisə təhlükəsizlik məsələsini yenidən gündəmə gətirib.


Bəs digər icra başçılarının mühafizəçisi varmı?

Daşkəsən rayon İcra hakimiyyətinin başçısının müavini- İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Namiq Süleymanov mövzu ilə bağlı Femida.az -ın suallarını cavablandırıb.Onun sözlərinə görə,Əhəd müəllim uzun müddət deputat kimi də xalqa xidmət edib.O zaman belə mühafizəçidən istifadə etməyib.

"Əhəd müəllim daim xalqın içərisindədir.İş otağının da qapısı hər zaman xalqın üzünə açıqdır. O, heç vaxt mühafizəçidən istifadə etməyib və buna ehtiyac da duymur.Gəncədə baş verən hadisə isə kriminal olaydır.Bunu da hüquq mühafizə orqanlarının əməkdaşları araşdırır.Ölkənin təhlükəsizliyi kifayət qədər yüksək səviyyədə təşkil olunur.Əlavə mühafizəçiyə ehtiyac olmadığını düşünürəm", deyə icra başçısının müavini bildirib. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İki gün öncə həlak olan 13 yaşlı Zaurun partası indi belə görünür -FOTOLAR
Daha bir ölkə Netanyahunu həbs etməyəcək
Lətif Cəfərov vəfat etdi

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Ev belə partladı - VİDEO
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Son 37 ildə qeydiyyata düşən İİV xəstələrinin    sayı      açıqlandı
Ramiz Mehdiyevin kürəkəninin iddiası     rədd       olundu