Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
34057
az

Bağırsaq qurdlarını məhv edən 8 TƏBİİ VASİTƏ

20:3728 İyun, 2020
377
CƏMİYYƏT
  • A

Qurd xəstəlikləri ən yayılmış xəstəliklərdən biridir. Bu xəstəliklərə xüsusilə tez-tez uşaqlarda təsadüf edilir.

Qurdlar insanın bir çox orqan və sistemlərinə mənfi təsir edir, xroniki intoksikasiyaya (zəhərlənmə) səbəb olur.

Oxu24.com saglamolun.az-a istinadən bildirir ki, xalq təbabətində bir çox sınanmış qurdqovucu vasitələr istifadə olunur:

- Sarımsaq südlə

2-3 diş sarımsaq əzilir, üzərinə 1 stəkan qaynar süd tökülür və 20 dəqiqə ərzində dəmlənir, sonra süzülür və gün ərzində 3 dəfə stəkanın 1/3 hissəsi olmaqla kiçik qurtumlarla içilir. Müalicə kursu - 1 həftə.

- Yovşan dəmləməsi

1 çay qaşığı ot 1 stəkan qaynar suda 30 dəqiqə ərzində dəmlənir, süzülür və gün ərzində 3 dəfə yeməkdən əvvəl 2 xörək qaşığı olmaqla qəbul olunur.  Müalicə kursu - 1 həftə.

- Nar qabığı dəmləməsi

1 orta ölçüdə narın qabıqları yuyulur, doğranılır, üzərinə 1 stəkan qaynar su tökülür və qaynara düşənə kimi qızdırılır. Sonra soyuyana qədər qapağı bağlı qazanda saxlanır, süzülür və gün ərzində 3 dəfə stəkanın 1/3 hissəsi olmaqla içilir. Müalicə kursu - 5 gün.

- Qırmızı soğan

Soğanın şirəsini sıxın və gün ərzində 3 dəfə 1 çay qaşığı olmaqla qəbul edin. Müalicə kursu - 1 həftə.

- Küncüt yağı

Bu sınanmış qurdqovucu vasitədir. Gün əzrində 3 dəfə yeməkdən əvvəl 1 çay qaşığı olmaqla qəbul edin. Müalicə kursu - 10 gün.

- Balqabaq tumları

Bu çox tanınmış qurdqovucu vasitədir. Hər gün 1 ovuc təmizlənmiş tum yemək lazımdır.

- Yerkökü şirəsi

Həm dadlı, həm də çox təsirli təbii dərmandır. Gün ərzində 1 stəkan kök şirəsini içmək lazımdır.

- Noxud

Xalq təbabətində qurdqovucu vasitə kimi çox geniş istifadə olunur. Hər gün 1 ovuc bişmiş noxud yeyin.

Sizdə hər hansı xroniki xəstəliklər varsa, bu reseptlərdən istifadə etdikdən əvvəl həkimlə məsləhətləşin.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Dəm qazı 63 yaşlı qadının həyatına son qoydu
Dəm qazı 63 yaşlı qadının həyatına son qoydu
32 ildən sonra Laçında ikinci dəfə toy çalındı - FOTO

UEFA-dan Şahruddinin komandasına sərt cəza

18+

Küçədə qızı belə öldürdü (18+VİDEO)
Rusiya Ukrayna gəmilərini belə vurdu - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Hacıqabulda 14 yaşlı yeniyetməni bıçaqlayan şəxs məlum olub