Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
33839
az

Bu xəbər İmam Əlinin (ə) göz ağrısını unutdurdu

18:5625 İyun, 2020
873
CƏMİYYƏT
  • A

Nəql edirlər ki, Əmirəl-möminin (ə) şiddətli göz ağrısına düçar olur. Həzrət Peyğəmbər (s) onu ziyarət etmək üçün gəlir və buyurur: "Ey Əli! Nə olmuşdur?".

İmam Əli (ə) buyurur: "Heç bir zaman bu qədər şiddətli ağrıya düçar olmamışam". Peyğəmbər (s) ona dəhşətli bir xəbər verir ki, bu xəbər ona ağrısını unutdurur.

Bu xəbər belə idi: Peyğəmbər (s) buyurur: "Həqiqətən, o zaman ki, Əzrayil (ə) kafirin canını almağa gələr, onunla birlikdə atəşdən qılınc olar. Onunla onun canını alar. Cəhənnəm fəryad çəkər".

Əmirəl-möminin (ə) bu xəbərdən qalxır və əyləşir. Buyurur: "Ya Rəsulallah! Buyurduğunuz hədisi təkrar edin ki, bu xəbərin qorxusundan göz ağrısını unutdum. Sizin ümmətdə kimsə vardırmı ki, bu keyfiyyətdə cəzalanıb, ölsün?".

Həzrət Peyğəmbər (s) buyurur: "Bəli. Üç dəstə müsəlmandır ki, bu cür can verərlər: zülm edən hakim, nahaq yerə yetim malı yeyən və yalandan şəhadət verən".

İmam Əlinin (ə) İlahi mərifəti onun bu xəbəri belə qəbul etməsinə səbəb olmuşdur. Allah Təala o mərifətin bir zərrəsini bizlərə də qismət eləsin.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

32 ildən sonra Laçında ikinci dəfə toy çalındı - FOTO
Bu ədviyyatı zeytun yağı ilə qarışdırın – Orqanizmi qalxan kimi qoruyur
Şaftalı bu xəstəliyi olanlara faydalıdır

UEFA-dan Şahruddinin komandasına sərt cəza

18+

Küçədə qızı belə öldürdü (18+VİDEO)
Rusiya Ukrayna gəmilərini belə vurdu - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Lənkəranda qətlə yetirilən 22 yaşlı Könülün ailəsi hər şeyi danışdı +VİDEO