Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
33833
az

Hava və iqlimlə nə baş verir? - AÇIQLAMA

18:0025 İyun, 2020
398
CƏMİYYƏT
  • A

Çoxillik məlumatların təhlilinin nəticələri göstərir ki, Azərbaycanın əksər rayonlarında yağıntının miqdarının ümumi azalması fonunda paytaxtda son onilliklərdə intensiv yağıntılı günlərin sayının artması tendensiyası müşahidə olunur.

Oxu24.com-un məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib.

Onun sözlərinə görə, 1992-ci ildən 2019-cu ilə qədər olan dövrdə 5 mm və 10 mm-dən çox yağıntılı günlərin sayı orta hesabla yeddi gün, 15 mm-dən çox yağıntı günlərinin sayı isə beş günədək artıb:

“Müqayisə üçün qeyd etməliyik ki, Bakı şəhərində iyun ayı üzrə yağıntı norması 10 mm, iyul ayı üzrə isə ondan da az - 2-3 mm təşkil edir. Buna görə də, əgər iyun ayında bir gün ərzində 10 mm yağıntı düşərsə, bu, artıq bir aylıq norma səviyyəsində yağıntı deməkdir. Bu, öz növbəsində müəyyən fəsadlar yarada bilər ki, ona da hazır olmalıyıq. İstanbuldakına bənzər leysan yağışlarından heç bir ərazi sığortalanmayıb. Maddi-texniki imkanların əhəmiyyətli dərəcədə yaxşılaşmasına baxmayaraq, belə təbii hadisələri proqnozlaşdırmaq getdikcə çətinləşir. Qeyri-ixtiyari sual ortaya çıxır: bu, iqlim dəyişiklikləridir, yoxsa bunu “yeni iqlim” kimi adlandırmaq daha düzgün olar?”

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Yadplanetlilər bizi eşitməyəcək - SƏBƏB
Ət yenə bahalaşacaq? - AÇIQLAMA / VİDEO
Soğanda gizli təhlükə: yeyərkən edilən bu səhv zəhərlənməyə səbəb olur

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Qardaşı