Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
33674
az

İyun ayında 190 manat birdəfəlik müavinətin verilməsinə nazirlikdən “CAVAB”

22:3022 İyun, 2020
526
  • A

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi pandemiya ilə əlaqədar məşğulluğa və sosial rifaha dəstək tədbirləri kimi işsizlər və xüsusi karantin rejiminə görə işini itirən qeyri-formal çalışan şəxslərdən ibarət aztəminatlılara dəstək məqsədilə iyun ayında da 190 manat məbləğində birdəfəlik ödəmələrin verilməsinə “aydınlıq” gətirib.

Oxu24.com NOCOMMENT.az-a istinadən xəbər verir ki, nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbov nazirliyin iyun və iyul aylarında bu müavinətlər veriləcəkmi sualına cavab olaraq “bu barədə ictimaiyyətə məlumat veriləcək” deyə bildirib.

Nazirlik sözçüsü həmçinin bildirib ki, pandemiya dövründə həmçinin Prezident İlham Əliyevin tapşırığına əsasən, 1 milyon 665 min işçinin iş yerinin və əməkhaqqı gəlirlərinin qorunması təmin edilir.

Nazirlik rəsmisinin NOCOMMENT.az-ın “Sərtləşdirilmiş karantin dövründə iş yerləri bağlanan, karantin şərtlərinə görə evdə oturan insanlara hər hansı bir dəstəyin göstərilməsi nəzərdə tutulurmu?” və “Pandemiya dövründə əhalinin sosial həssas qruplarına dəstək məqsədi ilə hansı Proqram və ya Layihələrin həyata keçirilməsi planlaşdırılır?” suallarına cavab isə özünü çox ləngitmədi:

“Ödənişli ictimai iş yerlərinin sayı 38 mindən 90 minə çatdırılır və artıq DOST İş Mərkəzi vasitəsi ilə əlavə 23 min şəxs ictimai işlərə cəlb olunmaqla ictimai işçilərin sayı 61 minə çatıb. Bu il minimum 12 min ailənin özünüməşğulluq proqramı çərçivəsində kiçik təsərrüfatları qurulur. Eyni zamanda 2 milyon vətəndaşa sosial təminat növləri (pensiya, təqaüd, müavinət) üzrə ödənişlərin davamlılığı təmin edilir, 100 minədək aztəminatlı ailənin ərzaq yardımı ilə təminatı işləri aparılır. Mühüm sosial proqramlardan biri olan ünvanlı dövlət sosial yardımı proqramının əhatə dairəsi getdikcə genişlənir. son il yarımda ünvanlı yardım proqramının əhatə etdiyi ailələrin sayı 2 dəfə artaraq 83 minə (ailə üzvlərinin sayı 350 minə) çatıb.

İşsizlikdən sığorta ödənişinin müddəti bitmiş işsiz şəxslərə sığorta ödənişinin, ünvanlı dövlət sosial yardımının verilmə müddəti bitənlərə bu yardımın, peşə hazırlığı prosesində fasilə yaranmış kursların müdavimlərinə təqaüdün, əlillik müddəti başa çatan əlilliyi olan şəxslərin, o cümlədən sağlamlıq imkanları məhdud uşaqların əlillik və bununla onlara müvafiq ödənişlərin verilməsi müddətinin də uzadılması təmin olunub.

Bununla bağlı onlara son ayların ödənişləri də edildi.

Habelə işsizlikdən sığorta ödənişlərinin əhatə dairəsi genişləndirilir.

Eyni zamanda, əhaliyə güzəştli işıq limiti aprel-may aylarında 100 kvts. həcmində artırıldı, sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin dövlət tərəfindən ödənilməi təmin edilir.

Bütün bunlar pandemiya dövründə çoxistiqamətli sosial dəstək tədbirlərinin icra olunduğunu və dövlətin indiki şəraitdə də hər bir vətəndaşının yanında olduğunu göstərir. Prezident İlham Əliyevin 19 mart 2020-ci il tarixli Sərəncamının icrası ilə bağlı Nazirlər Kabinetinin təsdiqlədiyi Tədbirlər Planı əsasında ölkəmizdə pandemiya ilə əlaqədar məşğulluğa və sosial rifaha dəstək tədbirləri 4,8 milyon insanın və ya əhalinin 48 faizə qədər hissəsini əhatə etdi. Dövlət başçısının tapşığına uyğun olaraq proqramın əhatə dairəsi 3 dəfə artırılmaqla, 600 min şəxs aprel-may ayları üzrə birdəfəlik ödəmə ilə təmin edildi, bunun üçün 228 milyon manat vəsait yönəldildi”, deyə Fazil Talıbov əlavə edib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

32 ildən sonra Laçında ikinci dəfə toy çalındı - FOTO
Bu ədviyyatı zeytun yağı ilə qarışdırın – Orqanizmi qalxan kimi qoruyur
Şaftalı bu xəstəliyi olanlara faydalıdır

UEFA-dan Şahruddinin komandasına sərt cəza

18+

Küçədə qızı belə öldürdü (18+VİDEO)
Rusiya Ukrayna gəmilərini belə vurdu - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Lənkəranda qətlə yetirilən 22 yaşlı Könülün ailəsi hər şeyi danışdı +VİDEO