Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
3367
az

Hakim partiyadan açıqlama: Təxribatdan söhbət gedə bilməz

23:0103 İyul, 2018
699
CƏMİYYƏT
  • A
 Azərbaycanda vəziyyət sabitdir, qorxulu, təhlükəli heç nə yoxdur. Məsələlərə də sakit, həyəcansız tərzdə yanaşmaq, qiymət vermək gərəkdir.

Bunu Oxu24,com.-a açıqlamasında hakim Yeni Azərbaycan Partiyasının (YAP) funksionerlərindən olan millət vəkili Aydın Mirzəzadə son bir sutka ərzində ölkədə yaşananlara münasibətini bildirərkən deyib.

O, bildirib ki, iyulun 2-dən 3-nə keçən gecə Mingəçevirdə yerləşən Azərbaycan İstilik Elektrik Stansiyasının (İES) yarımstansiyalarından birində yaşanan qəza ilə bağlı  son bir sutkada paytaxt Bakıda və digər bölgələrdə enerji, su, nəqliyyat təminatında müəyyən problemlər yaranıb:

"Qeyd edim ki, Azərbaycandakı elektrik stansiyaları 40 dərəcə istiləyə hesablanıb. Ancaq bir neçə gündür ki, ölkədə də anomal hava şəraiti, istilər hökm sürür, bu da təbii ki, istər-istəməz öz təsirini göstərir, yəni, havanın temperaturu  40 dərəcədən yüksək olduğu İstilik Elektrik Stansiyasının yarımstansiyalardan birində qəza əmələ gəlib. Təbii ki, elektrik təminatında problem yaşananda, digər sahələrdə, su, nəqliyyat təminatında da problemlər yaranır. Amma vəziyyət yoluna qoyulur, problemlərin həlli yönündə işlər davam etdirilir. Çox yəqin ki, yaxın zamanlarda da bütün məsələlər yoluna qoyulacaq. Şaiyələrə, əlavə söz-söhbətlərə də ehtiyac yoxdur. Hər şey nəzarətdədir".

Gəncə İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin silahlı hücuma məruz qalmasına gəlincə, millət vəkili bu məsələdən yeni xəbər tutduğunu bildirib:

"Yəqin ki, bununla da bağlı yaxın saatlarda hüquq-mühafizə orqanları tərəfindən rəsmi açıqlama veriləcək. Eyni zamanda, hadisənin səbəbləri araşdırılacaq, günahkarlar tapılacaq və cəzalandırılacaq. Elmar Vəliyevə də keçmiş olsun deyir, tezliklə sağalıb, ayağa qalxmasını, işinin başına dönməsini arzulayıram".

Millət vəkili bu hadisələrdə, son bir sutkada yaşananlarda təxribat elementlərinin olmasını da istisna edib:

"Azərbaycanda oturuşmuş hüquqi-demokratik bir dövlət, güclü idarəetmə sistemi var. Hər şey ölkə prezidentinin və Azərbaycan dövlətinin nəzarətindədir. Dövlətimizə qarşı nə içəirdən, nə də kənardan  hər hansı bir təhlükə yoxdur. Təxribat, sabotaj elementlərindən də söhbət gedə bilməz".

Kamil HƏMZƏOĞLU
www.oxu.az Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

“Trendyol” Azərbaycan üçün qiymətləri KƏSKİN ARTIRDI
Zelenski onu vəzifəsindən azad etdi
Azərbaycanda vulkan püskürdü

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
İrandan gətirilən 61 kq narkotiki satmaq istədilər