Androloq Elgün Hacıyev: “Yuxu rejimi, stres və həyat tərzi kişi sağlamlığına birbaşa təsir edir”
12 May 2026, 21:59
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
872
17.06.2020, 20:30
İyun ayında iki bayramın olması istirahət günlərinin sayını artırıb. Bu ay ilk olaraq 15 İyun - Milli Qurtuluş Günü, daha sonra isə 26 İyun - Silahlı Qüvvələr Günüdür. Beləliklə, bu ay şənbə və bazar günləri də daxil olmaqla, 5 günlük iş həftəsində çalışanlar üçün 10, 6 günlük iş həftəsində çalışanlar üçün isə 6 gün qeyri-iş günü olacaq. Lakin bayram günlərinin çoxluğu bəzi hallarda içşi-sahibkar münasibətlərində problem yaradır. Belə ki, bəzi sahibkarlar bu günlərin əvəzini işçinin maaşından çıxır. Bu isə narazılığa səbəb olur. Bu cür hallar əmək məcəlləsinə əsasən hüquqların pozulmasıdır? Tanınmış vəkil Roman Qaraşov Redaktor.az-a bildirib ki, iş və istirahət günlərinin müəyyən olunması zamanı həmin günlərdə hansı idarə və müəssisələrin, təşkilatların fəaliyyətlərini davam etdirəcəkləri qərarda əks olunur: "İnsanların minimum həyat tələbatlarının ödənilməsi üçün bəzi müəssisələr hər bir halda fəaliyyət göstərirlər. Onlara heç bir məhdudiyyət qoyulmur. Məsələn, çörək bişirmə sexində işləyən şəxs bu iddia ilə çıxış edə bilməz ki, 10 günlük tətildi və çörək bişirmirəm. Burada növbətçilik qrafiki, iş saatlarına düzgün riayət olunması və s. bu kimi müddəalara ciddi şəkildə riayət etmək lazımdır. Lakin buna görə əməkhaqqının kəsilməsi, təbii ki, qanunsuzdur. Buna görə sahibkarın işçinin əməkhaqqını kəsməsinə yol verilmir". Vəkil qeyd edib ki, əgər əmək qanunvericiliyi pozularsa, onlar Dövlət Əmək Müfəttişliyinə müraciət edə bilərlər: "Əgər işçi işində olmalıdırsa, müqaviləli tərəf olaraq, o, işini görməlidir. Bundan başqa, özbaşına işburaxmaya görə işdən azad olunma kimi sərt intizam tədbirləri də tətbiq oluna bilər. Lakin digər hallarda işçinin aylıq qrafiki, tabeli olur. O, tabeldə göstərilən günlərdə işində olubsa, əməkhaqqı tam həcmdə ödənilməlidir. Əmək qanunvericiliyi pozularsa, işçilər Dövlət Əmək Müfəttişliyinə müraciət edə bilərlər".
22:47 / 12 May 2026
27
22:38 / 12 May 2026
44
22:20 / 12 May 2026
45
21:59 / 12 May 2026
49
21:54 / 12 May 2026
62
21:37 / 12 May 2026
88
21:15 / 12 May 2026
82
20:55 / 12 May 2026
77
20:44 / 12 May 2026
159
20:42 / 12 May 2026
81
20:39 / 12 May 2026
80
20:36 / 12 May 2026
112
20:35 / 12 May 2026
1035
20:30 / 12 May 2026
92
20:24 / 12 May 2026
660
20:23 / 12 May 2026
285
20:17 / 12 May 2026
93
20:14 / 12 May 2026
77
20:09 / 12 May 2026
78
19:59 / 12 May 2026
1469
19:59 / 12 May 2026
321
19:58 / 12 May 2026
243
19:51 / 12 May 2026
205
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.