Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
32663
az

Koronavirus qiyamətin başlanğıcıdır? - Quranda axirətlə bağlı ŞOK PROQNOZLAR

01:4507 İyun, 2020
784
CƏMİYYƏT
  • A

Koronavirus pandemiyası dünyada qiyamət gözləntilərini də gündəmə gətirdi. Hər üç səmavi dində qiyamət fərqli ifadələrlə yer alır, amma hər üçündə də söhbət dünyanın sonundan gedir.

Qurani-Kərimdə qiyamət ifadəsinə çox yaxın olan axirət kəlməsi – beş yerdə fərqli formada istifadə edilməsi xaric – 110 yerdə keçir, 26 ayədə “əl-yevmül-axir” kimi qeyd olunur.

Qiyamətin dəqiq nə vaxt baş verəcəyi bilinmir, amma Qurani-Kərimdə bunun qəfil gələcəyi, öncədən isə əlamətlərinin ortaya çıxacağı bildirilir.

Müqəddəs kitabda qiyamət əlaməti kimi göyün insanları bürüyəcək bir duman yayacağı və Ayın bölünəcəyi də göstərilir.

Bununla yanaşı, İslam peyğəmbəri Həzrəti Məhəmməd (s) qiyamətdən öncə baş verəcəkləri açıqlayıb.

Publika.az Türkiyə mediasına istinadən bu əlamətlərin bir qismini təqdim edir:

- Elmin yerini cəhalət tutacaq;

- İnsanı sərxoş edən içkilər kütləvi şəkildə yayılacaq;

- Zina adiləşəcək;

- Çobanlar varlanaraq, binalar inşa etmək uğrunda yarışacaqlar;

- Sərvət o qədər çoxalacaq ki, zəkat veriləcək heç kim qalmayacaq;

- Eyni məqsədə xidmət edən iki böyük toplum bir-biri ilə döyüşəcək;

- Qətllər və fitnələr çoxalacaq;

- Qadınların sayı çoxalacaq, 50 qadına bir kişi düşəcək;

- Müsəlmanlar qıldan ayaqqabı geyinən, kiçik gözlü, geniş üzlü insan qrupları ilə müharibə edəcək;

- İnsanlar həyatdan bezərək, ölülərə qibtə edəcək;

- Allahın elçisi olduğunu iddia edən 30-a qədər yalançı dəccal çıxacaq;

- Yer üzündə Allah deyən heç kim qalmayacaq;

- Gecə ilə gündüz bərabərləşəcək;

- Zəlzələlər çoxalacaq;

- Günəş Qərbdən doğacaq;

- Şərqdə, Qərbdə və Ərəbistan yarımadasında torpaq parçaları batacaq;

Belə əlamətlər çoxsaylıdır. Qeyd etdiyimiz əlamətlərin hansının olub-olmadığını, hansının isə olacağını demək çətindir. Amma 2020-ci il başlayan kimi dünyanın koronavirus da daxil olmaqla üzləşdiyi çətinliklər qiyamət gözləntilərini də artırıb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ağsuda asfalt çökdü: hər iki istiqamətdə yol bağlandı
Bu yolda yarımdairə ləğv edilir - VİDEO
Bu yolda yarımdairə ləğv edilir - VİDEO

UEFA-dan Şahruddinin komandasına sərt cəza

18+

Ləman vəhşicəsinə öldürüldü - DETALLAR
İran Prezidentinin helikopter qəzası ilə bağlı şok:
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Bakıda dava edən qonşuları ayıran qadın boğazından bıçaqlanıb