Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
32540
az

Sahibə Qafarova xalqa səsləndi: "Bir ana kimi xahiş edirəm..."

22:5004 İyun, 2020
461
CƏMİYYƏT
  • A

Azərbaycan Respublikası Milli Məclisinin Sədri Sahibə Qafarova ölkə əhalisinə müraciət edib.

Oxu24.com xəbər verir ki, məlumatına görə, müraciətdə deyilir:

“Əziz və hörmətli həmvətənlərim!

Bütün dünyada olduğu kimi, ölkəmizdə də koronavirusa və bu virusun millətimizin hər bir fərdi üçün yaratdığı hədələrə qarşı hərtərəfli mübarizə aparılır. 2020-ci fevral ayından başlayaraq ölkəmizdə görülməyə başlanan koronavirus infeksiyasının qarşısının alınması məqsədilə dövlətin bütün gərəkli qurumları səfərbər olub. Cənab Prezident bu virusun ölkəmizə verə biləcəyi zərəri minimuma endirmək üçün ciddi siyasi iradə ortaya qoymuş və effektiv tənzimləmə mexanizminin formalaşdırılması üçün müvafiq göstərişlər vermib.

Görülmüş tədbirlər müsbət nəticələr versə də, aprelin 27-dən xüsusi karantinin rejiminin mərhələli şəkildə yumşaldılması və təəssüflər olsun ki, müəyyən olunmuş qaydalara və təcrid tövsiyyələrinə riayət edilməməsi son günlər infeksiyaya yoluxanların sayının kəskin artması ilə nəticələnib. Buna görə də Operativ Qərargahın qərarı ilə 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək aktiv yoluxma hallarındakı artım səbəbindən Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərində və Abşeron rayonunda sərt karantin rejimi tətbiq olunacaqdır.

Qərarda göstərilən tələblərə riayət edilməsinin mütləq olmasını nəzərə alaraq, hər bir həmvətənimdən bir ana, bir azərbaycanlı və Milli Məclisin Sədri olaraq xahiş edirəm: millətimizin bu bəladan ən qısa müddətdə xilas olması üçün üzərinizə düşən mühüm missiyanı yerinə gətirin – qoyulmuş tələblərə və verilmiş tövsiyyələrə riayət edin, özünüzü, ailə fərdlərinizi və yaxınlarınızı, həmçinin ətrafınızda olan insanları düşünün və bu bəlanın daha geniş vüsət almasına imkan yaratmayın.

Unutmayaq ki, görülən bütün bu tədbirlərin ali məqsədi siz əziz həmvətənlərimizin sağlamlığının və həyatının qorunmasıdır".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ölkədəki aliment ödəyicilərinin sayı açıqlandı
Allahşükür Paşazadə Xameneyiyə başsağlığı verdi
İmişlidə evdə yanğın oldu

Azərbaycanda tədavülə yenilənmiş metal pul nişanları buraxılıb

18+

Ləman vəhşicəsinə öldürüldü - DETALLAR
İran Prezidentinin helikopter qəzası ilə bağlı şok:
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Külli miqdarda aksiz markasız siqaret aşkarlandı - FOTO