Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
31780
az

Övlad həsrəti 20 ildən sonra bitən Azərbaycan ailəsi QORXU İÇİNDƏ - TƏCİLİ - FOTO

13:5522 May, 2020
571
CƏMİYYƏT
  • A

Şəkildə gördüyünüz 4 aylıq uşaq Musazadə Rüfətdir. İki dəfə onurğa beyinindən əməliyyat olunub. Üçüncü dəfə əməliyyat edilməli olsa da ailənin maddi durumu yaxşı deyil.

20 ildən sonra övlad həsrəti bitən ailənin sevinci qısa çəksə də Rüfətin hələ də həyatda qalma şansı var. 

Milli.Az-a açıqlama verən Rüfətin valideyinləri xeyirsevər insanlardan övladlarının həyatını xilas etmək üçün kömək istəyiblər:

"Özümüz Şirvan sakiniyik. Uşağın vəziyyəti ilə əlaqədar indi Əhmədlidə yaşayırıq. Rüfət iki dəfə əməliyyat edilib. Həkimi neyrocərrah Tural Hidayətovdur. İndi uşağın boynuna dəmir qoyublar. Gözləyirlər ki, uşağın sümüyü bərkisin, 3 aydan sonra onu çıxardacaqlar. Aprelin 29-da ikinci əməliyyatı oldu. Üçüncü əməliyyatının vaxtı iyulun axırı, avqustun əvvəlinə düşür. Uşaq qripdən pozuldu. qanında infeksiya yarandı. O infeksiya boynundan çirk çıxartdı. Sümüyü saxlayan bağı çirk yedi, sümüyü yerindən oynatdı. Onun boynundakı sümük oynayıb onurğa beyninə, sinirlərinə təsir edir. Nəfəs yolunu tutur. İki dəfə əməliyyat olunub, indi üçüncü dəfə də əməliyyat olunmalıdır. Uşağın sığortası da var idi, limiti qurtarıb. Bizim də 7 min xərcimiz çıxıb. Sonra imkanımız olmadı. Rüfət 20 ildən sonra olub, əkizdirlər. Rüfət əkizin tayıdır. Əkiz tayı sağlamdır".

 

4 aylıq körpənin həyatını xilas etmək üçün köməklik etmək istəyənlər bank hesabına ödəniş edə bilərlər:

Əlaqə nömrəsi: (050) 265 08 78, (055) 204 34 51

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Oynaq ağrıları
İnsanlar və pişiklər arasındakı münasibətin tarixi: 12 min il...
Belçika Azərbaycan və Ermənistan arasında danışıqların yeni raundunu alqışladı

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
İrandan gətirilən 61 kq narkotiki satmaq istədilər