Gədəbəyin Qızıl qala meşəliyində yanğın - Video
17 Mart 2025, 01:30
Qaynar xətt:
(+99450) 247 90 86CƏMİYYƏT
1166
21.05.2020, 20:22
"Mənim yerimə kim olsaydı, ya türməyə düşərdi, ya da qaraciyərdən serroz olub bu dünyadan gedərdi”.
Bunu Qaynarinfo-ya açıqlamasında Xalq artisti, Akademik Milli Dram Teatrının aktyoru Əli Nur Mədəniyyət naziri Əbülfəs Qarayevin əməllərindən danışarkən deyib. Aktyor nazirin ona dağ çəkdiyini, zülm etdiyini bildirib;
"Bunlar mənə dağ çəkdi. İnsanda abır, həya, namus, qeyrət olar... Mən Sumqayıt teatrında işləyəndə onun qayınatası Tofiq Kazımovun sevimli aktyoru olmuşam. Bütün bunların hamısını bilə-bilə Əbülfəs Qarayev mənə zülm elədi. Əbülfəs Qarayev hər görüşdə deyirdi ki, "mən hər şeyi bilirəm. Sən evsizsən, 10 nəfər ailə ilə birlikdə mağarada yaşayırsan”. Bütün bunların hamısını deyirdi, amma mənim üçün heç nə etmirdi. Əksinə, məni bütün kollektivin, bütün cəmiyyətin gözündən salmağa çalışırdı. Müavini kimi üzdə üzümə gülürdü, "səndən yoxdur, biz səni seçib qiymətləndirirk”, - deyirdi, arxada isə mənim kürəyimə zəhərli xəncər soxurdu. Dəfələrlə məni cağırıb deyirdi: "Sən məni respublikada biabır edirsən. Mətbuatda deyirsən ki, Əbülfəs Qarayev rüşvətxor, korrupsioner, fəxri adları, evləri aktyorlara pulla satır”. Soruşurdum ki, cənab nazir, sizə şər atıram? Verin məhkəməyə. Deyirdi ki, faktın var? Deyirdim, 1000 dənə. Birini deyən kimi qayıdırdı ki, "aprelin 1-nə kimi sənin evin də, fəxri adın da olacaq”. Bunu Əbülfəs Qarayev mənə deyirdi. İnsanda bir kişilik olar? Əbülfəs Qarayev, insanın taleyi, əsəbi ilə bu qədər oynamaq olmazdı”.
Həmçinin oxuyun
Aktyor qeyd edib ki, dəfələrlə Prezident Aparatına çağırılıb:
"Adını çəkmirəm, orada mənə deyiblər ki, "sənin 30 il əvvəl fəxri adın, evin olmalı idi”. Bu 30 ildə Mədəniyyət Nazirliyi məndən nəyin qisasını alırdı? Mən onların nəyinə sataşmışdım? Mənim kimi aktyoru gözümçıxdıya salmışdılar. Azərbaycanda 27 teatr var. Amma cəmi 7 aktyor tapa bilərsən ki, erməninin, gürcünün, rusun, amerkanın qarşısına çıxa bilsin. Onlardan biri də mənəm. Mənim başıma bu oyunları gətirdilər. Əbülfəs Qarayev bir gündə məni iki dəfə nazirliyə apartdırdı. Dedi ki, "cənab Prezidentin adına ərizə yaz, sənin ev məsələni həll edəcəyik”. İkisini də yazdım. Mənə dəfələrlə belə ərizələr yazdırıb. Hanı o ev? Hanı o ərizələrin nəticəsi? Onların bütün əməllərini mən bilirəm. Bütün teatrların direktorlarını, administratorlarını çağırın soruşun, görün tamaşalardan yığılan pullar hara, kimin cibinə gedib? Kimə veriblər? Mən demirəm, xalq görür, teatrlar it günündədir. Rüşvət və korrupsiya, rejissor qıtlığı və s. Direktor teatrı nə ola bilər? Teatr direktordan tanınmır. Direktor teatrda adminstrativ işçidir, bilet satan adamdır. Teatrın başında rejissor dayanmalıdr. Əbülfəs Qarayev hansı rejissoru oxutdurub? Hansı rejissora Moskvada, Avropada təhsil verib, sonra Azərbaycana gətirib?
Bir fakt deyəcəm. Akademik Milli Dram teatrı 2011-ci idə təmirə dayanmışdı. Onun təmirinə 4 milyon pul ayırıldı. 2013-c il ilin iyun ayının 14-də teatra köçdük. Ayın 15-də bir yüngül yağış yağdı, Akademik Milli Dram Teatrının 4-cü mərtəbəsini sel basdı. Akademik teatrın cındır pərdəsi göz oxşayırdı. Onun çılçırağı vardı Çexoslovakiyadan gətirilmişdi, milyon yarım qiyməti vardı. Həmin çılçırağı götürüb cındır bir çılçıraq asdılar yerinə. Fil sümüyündən möhtəşəm bilyard vardı, "Şeyx Xiyabani” tamaşasında aktyorlar oynayırdı. Hamısı getdi. Süleyman Sani Axundovun "Eqş və İntiqam” tamaşasında mən Əlmərdan bəyi oynayırdım, belimdə gümüş xəncər. Hanı o xəncər? Tamaşa vaxtı mən bir xəncər tapmadım ki, belimə bağlayım. Axırda xəncərsiz çıxıdm səhnəyə. Budur Əbülfəs Qarayevin teatrı. Budur Əbülfəs Qarayevin teatrlara münasibəti. Akademik teatrda aparılan təmirdən sonra aktyorlar səhnədə görünmürdü. Əvvəlki direktorun vaxtında nə qədər dedimsə, düzəltmədilər. Azər Paşa Nemətov gələn kimi onları qaydaya saldı, pərdəni dəyişdirdi. Səhnə spaldan düzəlmişdi, üstünə tank çıxsaydı, titrəmirdi. İndi səhnəyə elə taxtalar vurublar ki, üstünə çıxan kimi aktyor az qalır yıxıla. Orada poladdan ştangetlər vardı, 10 ton yükü qaldırmağa hazır idi. Hanı o ştangetlər? İndi ştangetlər 500 kloqram yükü qaldıra bilmir. 44 milyon pulu hara xərclədilər? Teatrın təmirinə, ya ciblərinə. Hələ ana və Prezident teatrıdır. Əbülfəs Qarayevin əmələri... İnsanın nə qədər evi, villası olar? Ayıb deyil? Biz hələ çox şeyi demirik”.
01:30 / 17 Mart 2025
Gədəbəyin Qızıl qala meşəliyində yanğın - Video
31
22:49 / 16 Mart 2025
Xalq artisti vəfat etdi - FOTO
821
22:20 / 16 Mart 2025
Mövqelərimiz yenidən atəşə tutuldu
47
21:52 / 16 Mart 2025
17-ci günün duası - İmsak və iftar vaxtı
48
21:39 / 16 Mart 2025
Əməkdar incəsənət xadimi vəfat edib
289
21:26 / 16 Mart 2025
Kəsmiyin FAYDALARI
57
21:00 / 16 Mart 2025
Ən sürətlə inkişaf edən ÖLKƏLƏR
62
20:45 / 16 Mart 2025
Tolik müğənniyə ELÇİ DÜŞDÜ - VİDEO
90
19:28 / 16 Mart 2025
İş saatları dəyişdiriləcək? -AÇIQLAMA
312
19:10 / 16 Mart 2025
Onlar da Baş Prokurorluğun İstintaq İdarəsinə çağırıldılar - Video
777
19:08 / 16 Mart 2025
Roma Papası müraciət edib
79
19:07 / 16 Mart 2025
Türkiyə və ABŞ prezidentləri telefonla danışıb
82
17:32 / 16 Mart 2025
"Kahı"nın içərisindən narkotik çıxdı
99
17:22 / 16 Mart 2025
Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir
108
16:40 / 16 Mart 2025
Güllələrlə zarafat edən HƏRBÇİLƏR: Onlar haqqında İNANILMAZ HƏQİQƏTLƏR... - VİDEO
669
16:20 / 16 Mart 2025
Qonaq getdikləri evdə 3 yaşlı uşağı “tok” vurdu
115
16:03 / 16 Mart 2025
"Hizbullah"ın iki üzvünü öldürülüb
137
14:29 / 16 Mart 2025
SON DƏQİQƏ! Rusiyadan yüksək vəzifəli şəxslər Bakıya gəldi
628
14:11 / 16 Mart 2025
XİN başsağlığı verdi
139
14:05 / 16 Mart 2025
SON DƏQİQƏ! Əhaliyə xəbərdarlıq edildi
481
14:02 / 16 Mart 2025
Husilərdən ABŞ-ın Yəmənə hücumuna reaksiya: "Cavabsız qalmayacaq!"
142
13:59 / 16 Mart 2025
24 yaşlı şəxsin meyiti aşkarlanıb
141
13:34 / 16 Mart 2025
Müdafiə Nazirliyi açıqlama yaydı
529
13:32 / 16 Mart 2025
Sabah isti olacaq
153
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.