Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
31596
az

Orucun 6 sirri

09:3020 May, 2020
438
  • A

Hər kim orucun bütün əhkamlarına əməl edər - orucun hikmətlərini əldə edər. Bu zaman orucun batinindən və sirrindən bəhrə aparmış olar. Çünki oruc tutan orucun şərtlərinə əməl edərək, onun sirlərini kəşf etmiş olar. Bu sirlərin bəzisi ilə tanış olaq.

1. Müşkdən də ətirli. İmam Sadiq (ə) buyurur: "Allah Təala Həzrət Musaya (ə) vəhy edir ki, niyə mənimlə münacat etmirsən?

Deyir: "Allahım, Səni ondan uca bilirəm ki, Səninlə xoş ətirli olmayan oruc ağzımla münacat edim".

Böyük Allah vəhy edir: "Ey Musa! Oruc tutanın ağzının iyi, Mənim yanımda müşkdən də ətirlidir"".

2. Atəşdən qalxandır. Həzrət Peyğəmbər (s) buyurur: "Oruc - qalxandır".

İmam Sadiq (ə) buyurur: "Oruc - atəşdən qalxandır və behiştə daxil olmağa səbəb olandır. Ağız iyini müşkdən ətirli edər".

Həzrət Peyğəmbər (s) buyurur: "Oruc o zaman qalxan olar ki, deşilməsin".

Soruşurlar: "Hansı şeylə deşilir ki?".

Buyurur: "Yalan və ya qeybətlə".

3. Mələkutu müşahidə etmək. Həzrət Peyğəmbər (s) buyurur: "Həqiqətən, Ramazan ayının ilk gecəsində səmanın qapıları açılar və axırıncı gecəyə qədər bağlanmaz".

Həzrət (s) başqa yerdə buyurur: "Dörd nəfərin duası rədd olmaz. Səmanın qapıları onun üçün açılar. Onların üzləri ərşə tərəfdir: atanın övladı üçün etdiyi dua, məzlumun zalım barəsində etdiyi nifrin, ümrədə olan şəxsin duası - evə qayıdana qədər, oruc tutanın duası - iftar edənə qədər".

İmam Sadiqdən (ə) gələn hədisdə oxuyuruq: "Əgər şeytan insan qəlbinin ətrafında fırlanmasaydı, şübhəsiz ki, (insan) səmadakı mələkutu görərdi".

4. Behişt süfrəsi. Həzrət Peyğəmbər (s) buyurur: "Həqiqətən Allah elə süfrə açmışdır ki, onda elə şeylər vardır ki, nə göz görmüş, nə qulaq eşitmiş və nə də kiminsə qəlbinə xütur etmişdir. Ancaq oruc tutanlar o süfrə başında əyləşərlər".

5. Mələklərin duası. Orucun sirlərindən biri də budur ki, mələklər oruc insan üçün bağışlanma istəyərlər. Həzrət Peyğəmbər (s) buyurur: "Həqiqətən, Allah Təala bir dəstə mələyi vəzifələndirmişdir ki, oruc tutanlar üçün dua etsinlər və Cəbrayil (ə) mənə xəbər vermişdir ki, Allah buyurur: "Mən heç bir zaman mələklərimə dua etmək üçün əmr vermərəm, məgər o halda ki, onların duasını yerinə yetirərəm"".

6. Xüsusi qapı. Həzrət Peyğəmbər (s) buyurur: "Behiştdə bir qapı vardır ki, ona Rəyyan deyərlər. Bu qapı Qiyamət günü açılmaz. Ancaq Qiyamət günü Muhəmməd (s) ümmətindən olan oruc tutan kişi və qadınlar üçün açılar.

Ondan sonra behiştin xəzinədarı car çəkər: "Ey Muhəmməd (s) ümməti! Rəyyana tərəf tələsin". Və mənim ümmətim ondan behiştə daxil olacaqdır".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ağsuda asfalt çökdü: hər iki istiqamətdə yol bağlandı
Bu yolda yarımdairə ləğv edilir - VİDEO
Bu yolda yarımdairə ləğv edilir - VİDEO

UEFA-dan Şahruddinin komandasına sərt cəza

18+

Küçədə qızı belə öldürdü (18+VİDEO)
Rusiya Ukrayna gəmilərini belə vurdu - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Sumqayıtda meyit tapıldı