Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
31469
az

DİN-dən karantin postları ilə bağlı MÜHÜM AÇIQLAMA

11:3618 May, 2020
437
CƏMİYYƏT
  • A

Mayın 18-dən etibarən Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu ərazisində avtomobil yollarındakı karantin postları ləğv edilib.


Bu barədə Axeber.az-a açıqlamasında Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov deyib. Onun sözlərinə görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın mayın 18-i saat 00:00-dan ölkədə xüsusi karantin rejimi qaydalarının yumşaldılması ilə bağlı verdiyi qərara əsasən, bu postların tətbiqinə ehtiyac qalmayıb: "Operativ Qərargahın qərarı ilə mayın 18-dən etibarən vətəndaşların SMS icazə ilə evdən çıxması ləğv edilib. Ona görə də artıq avtomobillərdəki sürücü və sərnişinlər, o cümlədən sakinlər evlərindən icazəsiz çıxa biləcəklər. Bu məqsədlə də avtomobil yollarında quraşdırılan karantin postları ləğv edilib".

DİN rəsmisi bildirib ki, karantin rejimi qaydalarına uyğun olaraq Bakı, Sumqayıt və Abşeron ərazilərində əhalinin intensiv hərəkət etdiyi yerlərdə polis nəzarəti davam edir: "Avtobus dayanacaqları, park və istirahət mərkəzlərində, fəaliyyətinə icazə verilən xidmət və ticarət obyektlərində bəzi qadağalar qalmaqdadır. Buna görə də daxili işlər orqanları əməkdaşları həmin ərazilərdə xidməti davam etdirəcək, obyektlərin qaydalara uyğun fəaliyyətinə və sosial məsafənin saxlanmasına nəzarət edəcəklər".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Hıçqırıqdan necə qurtulmaq olar? - 6 sadə üsul
ƏDV qəbzləri ölüm saçır: mütəxəssisdən XƏBƏRDARLIQ - VİDEO
Ümummilli lider Heydər Əliyevin doğum günüdür

Nəhəng günəş ləkəsi Yerdən adi gözlə görünməyə başladı

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Şagird müəllimənin başına zibil torbası keçirdi
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Oğuzda əl qumbaraları və sursat aşkarlandı