Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
31391
az

Dünyanın ən uzun dırnaqları kəsildi- muzeydə sərgilənəcək

17:4917 May, 2020
555
CƏMİYYƏT
  • A

Dünyanın ən uzun dırnaqlı adamı, hindistanlı Şirdhar Çillal 9 metr uzunluğundakı dırnaqlarını kəsdirib.

Oxu24.com Modern.az-a istinadən bildirir ki, 83 yaşlı hindistanlı Çillalın dırnaqları Nyu-Yorkun "Believe it or not!" muzeyində sərgilənəcək. 66 ildir dırnaqlarını kəsməyən Şirdar Çillal mediaya açıqlamasında bildirib ki, dırnaqlarını kəsməyi heç kim ondan xahiş etməyib, özü muzeyə bağışlamaq qərarına gəlib.

2014-cü ildə 910 santimetrlik dırnağı ilə "dünyanın ən uzun dırnaqlı adamı" adını qazanan 83 yaşlı qoca hələ məktəb illərindən dırnağını uzatdığını söyləyib:

"Məktəbdə sinif yoldaşımla birləşib müəllimimizin uzun dırnağını qırmışdıq. Buna görə müəllim bizi yamanca şillələmişdi. Demişdi ki, siz uzun dırnaqların nə olduğunu bilməzsiniz. Ondan sonra mən də dırnaqlarımı kəsmədim. Uzatmağa başladım. Son vaxtlar rahat yata bilmirdim. Dırnaqlarım məni narahat edirdi. Qırılmaması üçün yuxudan oyanmaq məcburiyyətində qalırdım. Ona görə də dırnaqlarımı kəsib muzeyə vermək məcburiyyətində qaldım".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Oynaq ağrıları
İnsanlar və pişiklər arasındakı münasibətin tarixi: 12 min il...
Belçika Azərbaycan və Ermənistan arasında danışıqların yeni raundunu alqışladı

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Xəzər dənizində 26 kiloqram narkotik aşkarlandı