Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
30350
az

Restoran və kafe sahiblərinə pis xəbər: ən çox 4 nəfər...

09:3203 May, 2020
652
CƏMİYYƏT
  • A

Azərbaycanda koronavirusa qarşı profilaktika tədbirləri çərçivəsində restoran və kafelərdə tətbiq ediləcək qaydalar açıqlanıb. 

Oxu24.com   xəbər verir ki, bu Səhiyyə Nazirliyinin təsdiqlədiyi «İctimai iaşə müəssisələrində koronavirus infeksiyasinin (covid-19) profilaktikasina dair metodiki göstərişlər»də əksini tapıb. 

Sənədə əsasən, restoranlarda ənənəvi gigiyenik tələblərlə yanaşı. Bəzi yeniliklər nəzərdə tutulub. Belə ki, restoranlarda müəssisə daxilində işçi heyətin şəxsi gigiyena qaydalarına riayət etməsi üçün həmin qaydalar barədə məlumat vərəqələri çap edilib müvafiq sahələrdə (soyunub-geyinmə otaqları, sanitar qovşaq, mətbəx və s.) yerləşdiriləcək. Restoranda təmizlik və dezinfeksiya işlərinin aparılması üzrə məsul şəxs təyin ediləcək. 
Restoranda daimi axar isti və soyuq su təchizatı olmalı, eləcə də, təmizlik vasitələri və dezinfeksiyaedici maddələrlə daimi təmin edilməlidir. 
Restoranda birdəfəlik istifadə üçün salfetlər, tibbi maskalar və əlcəklər olmalıdır. İstifadə edilmiş tibbi maskaların atılması üçün ayrıca qapalı torbalar qoyulmalıdır. 
Əsas tələb  - yemək zallarında oturacaqların ara məsafəsi eyni masa arxasında 1m-dən az olmamalıdır və masalar arası məsafələr 2m-dən az olmamalıdır.
Restoranlarla bağlı tələblər Nazirliyin digər sənədində də əksini tapıb. Tələblərə əsasən. 10 kvadrat metr ərazidə ən çox 4 nəfərin olması tövsiyə olunur. 

Qeyd edək ki, açıqlanan bu tələblər restoranlar üçün müəyyən çətinliyə səbəb olacaq, daha dəqiqi, onların müştəri qəbul etmə imkanlarına mənfi təsir edəcək. 
Məsələ bundadır ki, hazırda Bakı restoranlarında masalar arasında ara məsafəsi 2 metrdən xeyli azdır. Bəzi restoranlarda bu məsafə 1-1.5 metr arasında dəyişir. Nəticədə yeni qaydaların tətbiqi bu restoranlarda masalaran bir-birindən daha da uzaqlaşmasına və eyni zalda daha az müştərinin toplanmasına səbəb olacaq. 
Digər tərəfdən, oturacaqlar arasında məsafənin 1 metr olması tələbi masanın ölçülərinin böməsinə səbəb olmalıdır ki, bu da son nəticədə restoranda müştəri sıxlığını azaldacaq. 

Başqa sözlə, indiyədək mövcud olan restoranlarda müştəri sayını (eyni anda qidalanan müştəriləri) vəziyyətdən asılı olaraq 20-50% azalda bilər. 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Naməlum şəxs bıçaqla yoldan keçənlərə hücum edib
Kimlər balqabaq tumu yeməməlidir: Bu siyahıda olub-olmadığınızı yoxlayın

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Penitensiar Xidmət və DİN birgə əməliyyat keçirdi