Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
30246
az

“Dərmanların qiyməti artıb, onları almaqda çətinlik çəkirəm” - Xalq artisti

19:5601 May, 2020
309
CƏMİYYƏT
  • A

Səhhətimlə əlaqəli həm özüm, həm də oğlum Kazım mütəmadi dərman qəbul etməliyik. Sağlamlığım həmin dərmanlardan asılıdır. Amma son günlərdə apteklərdə qəbul etdiyimiz dərmanların qiyməti artıb. Onları almaqda çətinlik çəkirəm.

Oxu24.com xəbər verir ki, bu sözləri oxu.az-ın əməkdaşı ilə söhbətində Xalq artisti Könül Xasıyeva dərmanların qiymətinin süni şəkildə artırılmasından şikayətlənərkən deyib. 

Efirə gec-gec çıxan xanəndə ata yurdu və hazırda yaşadığı Şəki şəhərindəki evini hələ də sata bilmədiyini söyləyib:

"İki aydan çoxdur ki, anamın yanında - Şəkidəyəm. Qaldığımız evə hələ də müştəri tapa bilmirəm. Bu gün yenidən daşınmaz əmlak saytında evimi 100 min manata satışa çıxarmaqla bağlı elan yerləşdirmişəm.

Altı sot ərazidə birmərtəbəli, dörd otaqdan ibarət təmirli və işıqlı evdir. İstəyirəm ki, buranı satıb Bakıda xudmani bir bağ evi tikdirim".

Qeyd edək ki, K.Xasıyeva onurğa beyninin iflicindən əziyyət çəkir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ağsuda asfalt çökdü: hər iki istiqamətdə yol bağlandı
Bu yolda yarımdairə ləğv edilir - VİDEO
Bu yolda yarımdairə ləğv edilir - VİDEO

UEFA-dan Şahruddinin komandasına sərt cəza

18+

Ləman vəhşicəsinə öldürüldü - DETALLAR
İran Prezidentinin helikopter qəzası ilə bağlı şok:
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Bakıda dava edən qonşuları ayıran qadın boğazından bıçaqlanıb