Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
30211
az

Kamran Əliyev Baş Prokurorluq qarşısında duran vəzifələri açıqladı

13:2801 May, 2020
518
CƏMİYYƏT
  • A

“Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsindən qaynaqlanan və hazırda davam etdirilən islahatlar bu yeni dövrdə Azərbaycan prokurorluğu qarşısında yeni və olduqca mühüm vəzifələr qoyur”.

Redaktor.az xəbər verir ki, bunu Milli Məclis tərəfindən ölkənin Baş prokuroru vəzifəsinə təyin edilməsinə razılıq verilmiş Kamran Əliyev parlamentin bu gün keçirilən iclasında deyib.

K.Əliyev bildirib ki, bu konteksdə prokurorluq qarşısında duran ümdə vəzifələr aşağıdakılardır:

- Dövlətin təhlükəsizliyinə qəsd edilən cinayətlərə qarşı mübarizənin kəsərinin artırılması, dövlətçiliyin daxili və xarici təhlükələrdən müdafiə edilməsi;

- Cinayətkarlığın bütün növlərinə qarşı mübarizə və qanunçuluğun qorunmasında digər hüquq və mühafizə orqanları, o cümlədən Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti ilə birgə səylərin gücləndiriliməsi;

- Vətəndaşların hüquq və azadlıqlarının etibarlı müdafiəsində prokurorluğun iştirakının genişləndirilməsi;

- Həm dövlət,həm də özəl sektorda korrupsiyanın bütün təzahür formalarını, eləcə də vəzifəli şəxslər tərəfindən törədilən cinayətlərə qarşı ciddi mübarizə tədbirlərinin həyata keçirilməsi;

- Hazırda ölkəmizdə reallaşdırılan sosial-iqtisadi inkişafa hədəflənən islahatlar konteksində vergi və gömrük siyasətinin optimallaşdırılması, əlverişli biznes mühitinin formalaşdırılması və sahibkarklığın hüquqi vasitələrlə dəstəklənməsi;

- Ölkə iqtisadiyyatının kölgə iqtisadiyyatına qarşı təsirli mübarizənin aparılması kimi mühüm strateji tədbirlərdə yaxından iştirak etmək;

- Məhkəmələrdə dövlət və onun müdafiə edilməsi işinin keyfiyyətcə yeni mərhələyə qaldırılması, balanslaşdırımış cəza siyasətinə riayət edilməklə cəzanın məqsədləriə nail olunmasında əsaslı dönüş əldə edilməsi;

- Beynəlxalq tərəfdaşlarla əməkdaşlığın gücləndirilməsi və qabaqcıl beynəlxalq təcrübəni cari fəaliyyətimizdə tətbiqi.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

“Uçuşdan öncə baqajınızın şəkillərini çəkib özünüzdə saxlayın”- ekspertdən vacib müraciət-FOTO+ÖZƏL
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - Fotolar
Bahar taksi sürücülərinə səsləndi:

Morju narahat edən turist cərimələndi

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Tramvay yandı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Arvadını qəsdən öldürməkdə şübhəli bilinən şəxs saxlanıldı